2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Faiq Əmirlinin üzərindən bir maddə götürüldü

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsilə elan olunmuş ittihama xitam verilib. Bu haqda “Azadliq.info”ya Faiq Əmirlinin vəkili Aqil Layıcov məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil bildirib ki, mayın 2-də Kürdəxanıda 1 saylı Bakı İstintaq Təcridxanasında müstəntiq onun iştirakı ilə Faiq Əmirli ilə görüşüb, ittihamları bir daha elan edib. Məlum olub ki, Faiq Əmirlinin üzərində CM-nin iki maddəsi ilə ittiham saxlanılır – 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması).

İttiham tərəfi Faiq Əmirlini “Azadlıq” qəzetinin yayım direktoru işlədiyi dövrdə qəzetin gəlirini az göstərməklə, 39 min manat vergidən yayınmaqda və Fətullah Gülən ideyalarını “Azadlıq” qəzetində yaymaq niyyətində suçlanır. Guya Faiq Əmirli onun idarə etdiyi avtomobildən tapıldığı iddia olunan disklərdəki materialları mediada, o cümlədən “azadliq.info” saytında yaymaq istəyibmiş. Vəkil Faiq Əmirliyə qarşı ittihamların tam qanunsuz və əsassız olduğunu deyir. “Bu tip işlərdə, ittihamlarda məsələ məqsədə fokuslanmamalıdır. Əgər cinayət baş veribsə, şəxs məsuliyyətə cəlb olunmalıdır. Prokurorluq necə müəyyən edib ki, Faiqin belə bir niyyəti vardı? Yəni materialların yayılması, dərc olunması baş versəydi, bundan sonra məsuliyyətə cəlb oluna bilərdi”, – deyə Aqil Layıcov bildirib.

Qeyd edək ki, prokurorluq bu ittihamla dolayısıyla “Azadlıq”ı da Fətullah Gülən ideyalarını yaymaqda ittiham edir. “Azadlıq” olaraq, bir daha bəyan edirik ki, prokurorluğun ittihamı tamamilə qanunsuzdur, heç bir sübuta əsaslanmır və absurddur.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button