2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Faiq Əmirliyə yeni ittihamlar irəli sürülüb

İstintaq “Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirliyə yeni ittihamlar irəli sürüb.

Bu haqda AzadlıqRadiosu-na aprelin 17-də onunla 1 saylı Bakı İstintaq təcridxanasında görüşən vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkilin bildirdiyinə görə, F. Əmirli vergidən yayınmada, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Buna da bax:​ Vəkil: ‘Faiq Əmirlinin yeri dəyişdirilməlidir’

“F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə) ilə ittiham irəli sürülüb. O, ittihamları qəbul etmir. Buna görə, sözügedən ittihamlar üzrə ifadə verməkdən də imtina edib”, vəkil qeyd edib.

Cinayət Məcəlləsi yeni ittihamlar üzrə 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Xatırlatma

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb.

Buna da bax: Həkimlər Faiq Əmirlini müayinə ediblər

O, indiyədək CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilirdi. Bu maddələrə görə, 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq orqanları F.Əmirlini hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edirdi.

AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır.

Buna da bax:​ ‘Azaqlıq’ qəzetini çap edən mətbəə bağlanıb

Türkiyədə hakimiyyət çevrilişinə cəhddə ittiham edilən F.Gülen de ona ittihamları qəbul etmir.

Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb ifadələri alınıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button