2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Falkao “Qalatasaray”a keçə bilər

Cari mövsüm uğursuz çıxışı ilə azarkeşlərini küsdürən “Qalatasaray” rəhbərliyi dünya səviyyəli ulduzu transfer etmək istəyir. ANS PRESS-in məlumatına görə, azarkeşlərlə barışmaq niyyətində olan klub rəhbərliyi Radamel Falkaonu hədəfə alıb.

“Monako”nun “Çelsi”yə icarəyə verdiyi kolumbiyalı ulduzun İngiltərədə işləri qaydasında getmir. İddia edilir ki, Falkao meneceri Xorxe Mendesə Premyer Liqadan kənarda klub tapmağı tapşırıb. Portuqaliyalı menecer isə onu “Qalatasaray”, “Zenit” və “River Pleyt”ə təklif edib.

Xorxe Mendes və Falkao

Saytların yığılması Saytlarin yigilmasi

Azarkeşlərlə münasibətlərini ulduz futbolçu transfer etməklə düzəltmək istəyən “Qalatasaray” Falkaonun keçidinə müsbət yanaşır. Hətta klub rəhbərliyi danışıqlar aparmaq üçün Mendeslə görüşmək istədiyini bildirib. Tərəflərin yaxın günlərdə danışıqlar masasına əyləşəcəyi gözlənilir.

Falkao 2009-cu ildə “River Pleyt”dən “Portu”ya 5.43, 2011-ci ildə “Atletiko”ya 40, 2013-cü ildə “Monako”ya 43 milyon avroya transfer olunub. Fransa klubu onu ötən il 7.6 milyon avroya “Mançester Yunayted”ə, bu mövsüm 7 milyon avroya “Çelsi”yə icarəyə verib. Kolumbiyalı ulduz “Çelsi”də cəmi 12 rəsmi oyuna çıxıb və 1 qol vurub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button