2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Fantomas” yenidən ekranlara gəlir

Personajla bağlı yeni film və serialın çəkilişi planlaşdırılıb

Fransa ədəbiyyatı və kinematoqrafının personajı “Fantomas” haqqında yeni film, eyni zamanda da serial çəkiləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Franşizanın (silsilə film) hüquqları prodüser Vasim Beji tərəfindən alınıb.

Serial və filmin çəkiliş və nümayiş vaxtı hələ ki, açıqlanmır.

1911-ci ildə fransız yazıçılar Marsel Allen və Pier Suvester tərəfindən yaradılmış “Fantomas” fantastik personajdır.

Obraz yazıçıların 32 romanında yer alıb.

Kitablar nəinki bulvar romanı sevənlərin, hətta mədəni və intellektual elitanın, xüsusən də sürrealistlərin diqqətini çəkə bilib.

Böyük marağa səbəb olan “Fantomas” haqqında ilk beş hissəli səssiz filmi 1913-cü ildə Lui Feyad ekranlaşdırıb.

İlk “Fantomas”ı aktyor Rene Navar canlandırıb.

1960-cı ildən fransız rejissor Andre Yunibel “Fantomas” trilogiyasını ekranlaşdırmağa başlayıb.

Filmdə aktyor Jan Mare Fantomas və bir neçə obrazı canlandırıb.

Aktyor Lui de Fünes isə komissar Yuveni oynayıb.

Filmin premyerası 1964-cü ildə olub.

The post “Fantomas” yenidən ekranlara gəlir appeared first on MEYDAN.TV.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button