2022-12-13 08:00:05
Avropanın son aylarda enerji sisteminin dayanıqlığını artırmaq üçün çox işlər gördüyünü qeyd edən və sanki “başdan çıxacaq” mesajını verən Birol, “Ancaq bu gün sizə çatdırmaq istədiyim mesaj Böhran hələ bitməyib və gələn il bu ildən daha çətin ola bilər”.
ÜÇ ƏSAS SƏBƏB
Birol bu proqnozunu üç əsas səbəblə əlaqələndirib. Bunlardan birincisi Rusiya qazının Avropa bazarına çıxışının əhəmiyyətli dərəcədə azalmasıdır. Birol bildirib ki, 2021-ci ildə Rusiyanın Avropaya qaz ixracı təxminən 140 milyard kubmetr olub. “Bu il 60 BCM-ə düşüb və çox güman ki, gələn il sistemimizdə Rusiya qazı olmayacaq”.
Ukrayna müharibəsi ilə mayeləşdirilmiş təbii qazın (LNG) enerji resursları alışında payı əvvəlki illərlə müqayisədə artıb. Birol LNG sahəsində də problem ola biləcəyini düşünür. Bunun səbəbi idxal gücü artdığı halda, verilən əlavə gücün aşağı olmasıdır. Avropanın bu il ABŞ və digər ölkələrdən çoxlu LNG idxal etdiyinə diqqət çəkən Birol, bunun gələn il daha çətin ola biləcəyi xəbərdarlığını etdi.
Gələn il qışın builki kimi mülayim keçməyəcəyi ehtimalı Birolun diqqət çəkdiyi üçüncü amil olub. Mövcud mənzərəni daha müsbət hala gətirmək qısamüddətli, praktiki tədbirlərlə mümkündür, lakin BEA prezidentinin sözlərinə görə, bunun üçün 100 milyard avro investisiya lazımdır.
Tərcümə“24 SAAT”