Now Reading:
Fazil Məmmədovun biznes imperiyası əlindən çıxa bilər

Fazil Məmmədovun biznes imperiyası əlindən çıxa bilər

Sabiq vergilər naziri Fazil Məmmədov əmlakını da itirə bilər. AZ24saat.org xəbər verir ki, artıq bununla bağlı xəbərlər dolaşmaqdadır.

Mediada gedən məlumatlara görə, Fazil Məmmədovun işdən çıxarılması onunla bağlı son qərar deyil. İddialara görə, növbəti mərhələdə Fazil Məmmədovun vəzifədə olan yaxınları kareyraları ilə vidalaşmalı olacaqlar. Paralel olaraq sabiq nazirin 17 il ərzində sahib olduğu sərvətə də əl qoyulması prosesi başladıla bilər.

Məlumat üçün deyək ki, Fazil Məmmədovun hakimiyyət komandasında əhəmiyyətli təsir gücü olmasa da, oliqarx məmurlardan sayılırdı. Sabiq nazirin “ATA Holdinq”“Synergy Group” kimi iri şirkətlərə sahiblik etdiyi barədə iddialar var. Təkcə “Synergy Group”a 25 şirkət daxildir.

“Excelsior Hotel Shamkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi biznes strukturlarının Şəmkirdə yerləşməsi də bu şirkətin Fazil Məmmədova məxsus olmasına dair şübhələri artırır. Qeyd edək ki, Fazil Məmmədov əslən Şəmkirdəndir. Bu baxımdan nazir olduğu dönəmdə Şəmkir məhz onun kurasiyasında olub.

Digər tərəfədən “Synergy Group”un idarəçiliyini həyata keçirən Əşrəf Kamilov əvvəllər Vergilər Nazirliyinin rəsmisi olub.

Bildirilir ki, Fazil Məmmədov hər iki şirkəti itirə bilər. Ümumiyyətlə, Fazil Məmmədovun da sabiq nəqliyyat naziri Ziya Məmmədovun taleyini yaşayacağı barədə mülahizələr irəli sürülür. Yəni, o da nəqliyyat naziri kimi biznes imperiyasını güzəştə getmək məcburiyyətində qala bilər.

Fazil Məmmədovun nazir olduğu dönəmdə vergi siyasətinə görə bir çox məmurlarla münasibətlərində gərginlik yarandığı barədə də məlumatlar var.

Bu məlumatlar həqiqətdirsə, o zaman sabiq nazirdən qisas almaq üçün həmin məmurların da hərəkətə keçəcəyi şübhəsizdir.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.