Now Reading:
Fazil Məmmədovun qudası müddətsiz məzuniyyətə göndərilib

Yeni vergilər naziri Mikayıl Cabbarov müavini Namiq Əliyevi qeyri-müəyyən müddətə məzuniyyətə göndərib.

Özəl mənbələrdən əldə edilmiş məlumata görə, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb.

Gözləntilərə əsasən, N.Əliyev məzuniyyətdən qayıtmayacaq və onun yerinə yeni müavinin təyin olunacaq. Bu vəzifəyə artıq hazırkı təhsil nazirinin müavini Mətin Eynullayevin namizədliyinin irəli sürüldüyü bildirilir.

Qeyd edək ki, N.Əliyev 2004-cü, M.Eynullayev isə 2017-ci ildən nazir müavini kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.

Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.

Dünən verilən məlumata görə, yeni vergilər naziri Mikayıl Cabbarov 64 nəfəri tutduqları vəzifədən azad edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.