2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Fazil Məmmədov Mehriban Əliyevanın xalasıoğluyla çəkişmədə – TƏFƏRRÜAT

Vergilər naziri Fazil Məmmədovun “Evro Stroy-S” MMC tikinti şirkəti ilə qalmaqallı münasibətləri haqda mətbuatda kifayət qədər məlumat var. Belə ki, Vergilər Nazirliyi adıçəkilən tikinti şirkətinin 631 min manat cərimələnməsi haqda qərar çıxarıb, qarşı tərəf isə öz növbəsində bu qərarın ləğv olunması məqsədilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.
Bildirək ki, Vergilər Nazirliyin müfəttişi sanksiya sənədini 2014-cü il fevralın 19-da imzalayıb. “Evro Stroy-S” MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib və məhkəmə şirkətin iddiasını təmin edib.
24saat.org-a daxil olan informasiyaya görə, Vergilər Nazirliyinin “Evro Stroy-S” MMC tikinti şirkətinin inzibati binasını xəbərdarlıq etmədən hərraca çıxartması isə tərəflər arasındakı ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olub. Mənbənin sözlərinə görə, tikinti şirkətinin hakim ailəyə bağlı olan rəhbərliyi Fazil Məmmədovun geri çəkilməsi üçün fəallığa başlayıb. Bəs, kimdir “Evro Stroy-S” MMC tikinti şirkəti, yaxud kimindir, “Evro Stroy-S” MMC tikinti şirkəti?
24saat.org-un əldə etdiyi məlumata görə, “Evro Stroy-S” MMC-nin şəriklərindən biri Konstitusiya mәhkәmәsinin hakimi Altay Muradvun qardaşı Mahir Muradovdur. Bu şəxsin ölkənin birinci xanımı Mehriban Əliyevanın xalasıoğlu olduğu bildirilir. Şirkətin adındakı “S” hərfi isə digər şərik SEYMURun (soyadını dəqiqləşdirə bilmədik-red) adıyla bağlıdır. Bu şəxs əvvәl “Bank Standart”ın “cəza dəstəsinin” rəhbəri olub, yəni, “Bank Standart”da iri kreditlәrini o yığırdı. Seymurun həmin vaxt 50 nәfәrlik dәstәsi vardı və kredit ödənməsində problem yaradanları döyməklə bankın “çiçəklənməsi”nə xidmət edirdi. İndi bu şəxs “Evro Stroy-S” MMC-nin əsas pay ortaqlarından biridir.
Göründüyü kimi, vergilər naziri Fazil Məmmədovun savaş açdığı şirkət heç də arxasız sayıla bilməz. Onun bu mübarizəyə öz təşəbbüsü ilə girdiyi ağlabatan görünməsə də, ziddiyyətləri sonacan davam etdirə biləcəyi də inandırıcı görünmür.
Orxan
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button