2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Fazil Məmmədov niyə işdən çıxarılıb?

Vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rolu olub.

İlk versiya

24saat.org xəbər verir ki, bu, Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı əsas ehtimallardan biridir.
Məlumat üçün deyək ki, Fazil Məmmədov dekabrın 5-də tutduğu vəzifədən azad edilib. Prezident İlham Əliyevin sərəncamı ilə onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin olunub. Bu qəribə kadr dəyişikliyi ictimaiyyət üçün də gözlənilməz də olub. Hətta Fazil Məmmədovun özünün də işdən çıxarılacağı barədə xəbəri mətbuatdan aldığı barədə iddialar var.

Sabiq nazirin “vurulması” ilə bağlı müxtəlif ehtimallar səsləndirilsə də, yuxarıda qeyd etdiyimiz kimi, bu məsələdə Kəmaləddin Heydərov amilini qabardanlar daha çoxdur. Əsas aqrqument isə Fazil Məmmədovun dekabrın 4-də Kəmaləddin Heydərovun yaxın qohumu Faiq Şahbazovu işdən çıxarmasıdır. Qeyd edək ki, Faiq Şahbazov Vegirlər Nazirliyində insan resursları departamentinin baş direktoru vəzifəsində çalışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Fazil Məmmədov uzun müddət Kəmaləddin Heydərovun kadrı kimi tanınıb. Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyərkən Fazil Məmmədov onun müavini olub. Nazir postuna da Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsindən gəlib.

Son dövrlər isə belə məlumatlar yayılmışdı ki, Fazil Məmmədov artıq Kəmaləddin Heydərovla üzülüşüb. Onun hakimiyyətdəki qruplaşmalardan birinin çətiri altına keçdiyi barədə iddialar səsləndirilirdi. Lakin Fazil Məmmədovun qəfil, özündən də xəbərsiz işdən çıxarılması onun hansısa qruplaşmanın himayədarlığı altında olması barədə iddiaların əsassız olması qənaətini yaradır.

İkinci versiya

Digər tərəfdən Fazil Məmmədovun son ana qədər Kəmaləddin Heydərova sadiq qalığını iddia edənlər də var. Hətta fövqəladə hallar nazirinin qohumunun işdən çıxarılmasını da Fazil Məmmədovun iradəsindən kənar baş verdiyi bildirlir. İddia olunur ki, bunu yeni nazir etsəydi, o zaman Kəmaləddin Heydərov bunu özünə qarşı savaş elan olunması kimi dəyərləndirə bilərdi.

Üçüncü versiya

Bir maraqlı məqamı da qeyd etmək yerinə düşər. Təxminən 5 ay 24saat.org saytı məlumat yayılmışdı ki, Fazil Məmmədov istefa vermək istəyir. Saytımızın bu məlumatla bağlı hazırladığı materialda bildirilirdi ki, onun bu istəyi vergi öhdəliklərini yerinə yetirməməsilə bağlıdır.

Maliyyə böhranı başlayandan Vergilər Nazirliyinin üzərinə böyük yük düşməsi Fazil Məmmədovu çətinə salıb. Nazir bütün cəhdlərə baxmayaraq öhdəlikləri yerinə yetirə bilmir. Bundan başqa, bir sıra məmurlarla üz-üzə gəlmək məcburiyyətində qalır. Bu baxımdan ola bilər ki, bu dəfə Fazil Məmmədovun istefası qəbul olunub.

Dördüncü versiya

Başqa versiyaya görə isə Fazil Məmmədovun işdən çıxarılması hakimiyyət daxilində yeni düzənin yaradılması ilə bağlı planların tərkib hissəsidir. Bəzi ehtimallara görə, yeni düzəndə oliqarx məmurların təmsilçiliyi məqsədəuyğun hesab edilmir. Bu baxımdan həmin məmurların bir-bir sıradan çıxarılması düşünülür. İlk həmlə isə əlbəttə ki, təsir imkanları nisbətən zəif oliqarxlara edilir. Fazil Məmmədov da oliqarx məmur hesab edilsə də, iqtidar komandasında təsir gücü zəif olub.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button