2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

FAZİL MƏMMƏDOVA TƏHQİREDİCİ MESAJ – Velosipedlər Cərimə Meydançasında

AZ24saat.ORG saytı xəbər verir ki, bu gün Bakıda Dövlət Yol Polisinin əməkdaşları peşəkar velosipedçiləri saxlayaraq onları cərimə meydançasına aparıb.

Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev facebook profilindən məlumat yayıb.

O bildirib ki, Velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin “Synergy Baku” kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi
PEŞƏKAR VELOSİPEDÇİLƏRİ CƏRİMƏ MEYDANÇASINA APARILDI

“Məlumat üçün bildirmək istəyirəm ki, məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət edir. Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər.

Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir ki baş verir. Bilmirsən güləsən, yoxsa ağlayasan?”

AZ24saat.ORG saytı bildirir ki, AZƏRBAYCAN VELOSİPED İDMANI FEDERASİYASInın rəhbəri bu günlərdə vəzifəsini itirmiş sabiq vergilər naziri Fazil Məmmədovdur. Cənab Pərviz Musayevin də paylaşdığı statusunda diqqətçəkən önəmli məqam bundan ibarətdir ki, idmançılar illərlə eyni ərazidə eyni qaydalar çərçivəsində heç bir etiraz olmadan məşq ediblər.

Lakin məhz F. Məmmədovun vəzifəsini itirməsindən sonra onların cərimə meydançasına aparılması təsadüfü sayıla bilməz. Hesab etmək olar ki, bu gün idmançıların qarşılaşdığı problem Fazil Məmmədova verilən mesaj və ya kimlərinsə sabiq vergiyığandan intiqam almasıdır.


AZ24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button