2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fazil Mustafa: ‘’Freedom House’ obyektiv deyil’

““Freedom House”nin mətbuat azadlığı reytinqinə görə, Azərbaycanla bağlı dəyərləndirməsi obyektiv deyil”.

Deputat Fazil Mustafa qurumun hesabatının Azərbaycanla bağlı hissəsini dəyərləndirirkən belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

F. Mustafanın fikrincə, istər Azərbaycanda, istərsə də Türkiyədə media ilə bağlı durumu dəyərləndirən bu təşkilat qərəzə yol verir:

Buna da bax:​ Azərbaycan media azadlığı ‘ən pis’ olan 10 ölkədən biridir

“Ermənistan mətbuatını dəyərləndirmədə loyallığa yol verən “Freedom House” Azərbaycana münasibətdə bunu etmir. Bu da bu qurumun erməni lobbisi ilə əməkdaşlıq edib – etməməsi sualını doğurur. Odur ki, təşkilatın Azərbaycanla bağlı dediklərində həqiqət nüansları olsa belə, qərəzli yanaşma bunu da şübhə altına almağa əsas verir”.

Bununla belə F. Mustafa media sahəsində müəyyən çətinliklərin olduğunu vurğulayır:

“Bəzi saytlara məhdudiyyətlər var. Çap mətbuatı müəyyən problemlər yaşayır. Hökumətə yaxın medianın maliyyəyə əli daha rahat çatır. Bunlar var, amma bütünlükdə ölkədə media problemi yaşanmır. İnternet hamı üçün əl çatandır, sosial şəbəkələr fəaliyyət göstərir”.

Buna da bax:​ Delta Telecom ‘saytlara hücumların təşkili’ bizlik deyil deyir…

F. Mustafa hesab edir ki, qurum qiymətləndirmədə daha çox siyasi yanaşma nümayiş etdirib. Bütünlükdə isə bu hesabat obyektiv deyil.

Xatırlatma

“Freedom House” hüquq-müdafiə təşkilatı aprelin 28-də “Mətbuat Azadlığı-2017” adlı hesabat açıqlayıb.

Siyahıda Azərbaycan 199 ölkə arasında 190-cıdır. Ermənistan 137-ci, Gürcüstan isə 102-ci yerdədir.

Qonşu Gürcüstan qismən azad, Ermənistan isə azad olmayan ölkələr sırasındadır.

Buna da bax:​ ‘FH’: ‘Azərbaycanda vəziyyət Gürcüstan və Ermənistandan pisdir’

Azərbaycanın balı 90-dır. Ermənistanın balı 63, Gürcüstanınkı isə 50-dir.

“Dünyada mətbuat azadlığının ən pis səviyyədə olduğu Avrasiya regionunda avtokratik rejimlər ötən il xəbər mediası üzərində tam nəzarəti saxlayıb, ifadə azadlığına, demək olar, yer qoymayıb. Orta Asiya ölkələrində dəyişən bir şey yoxdur. Azərbaycan və Rusiya hökumətləri isə tənqidi jurnalistikanın olan-qalan nəfəsliklərini də daralıb”, – hesabatda vurğulanır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button