2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fazil Mustafa: “Qarabağı da zarafata salıb itirmişik”

Millət vəkili Fazil Mustafa bəzi xəbər saytlarını ciddi məsələlərlə maraqlanmadığı üçün qınayıb.

Moderator.az xəbər verir ki, Millət Vəkili bu barədə feysbukdakı şəxsi profilində açıqlama yayıb:
“Dünən Milli Məclisin plenar iclasında gündəliyə çıxarılan ən aktual məsələlərlə bağlı çıxışlarım oldu. Gündəliyin müzakirəsində Xocalı soyqırımının tanıdılması istiqamətində yol verdiyimiz yanlışları dilə gətirdim və daha çox diqqqətin ermənilərin xristianlara və yəhudilərə qarşı qətliamlarının Qərb ölkələrində təbliğinə diqqət yetirilməsinin vacibliyini vurğuladım. Ardınca Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Ədliyyə nazirliyinin məruzəsi ətrafında çıxışım oldu və öz fərqli mülahizələrimi, bələdiyyə sisteminin çökdürülməsinin səbəblərini dilə gətirdim. Sonra müzakirə olunan “Hərbi vəziyyət haqqında” qanunda müəyyən yanlışlar olduğunu çıxışımda qeyd etdim və təkliflərimi bildirdim. Ardınca isə ən aktual mövzulardan biri hesab etdiyim “Məktəbəqədər təhsil haqqında” Qanunla bağlı sərt tənqidi mövqeyimi ortaya qoydum və öz konseptual təkliflərimi səsləndirdim. Yəni demək olar ki, gündəliyə çıxarılan əksər məsələlərə münasibətimi bildirdim və hər halda yetərincə maraqlı təklif və iradlar ortaya qoyduğumu düşünürəm. Di gəl ki, bu gün saytlara, xəbər portallarına diqqət yetirərkən, böyük əksəriyyətinin diqqətinin Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun mənə qarşı zarafatla söylədiyi sözlərə yönəldiyini gördüm. Halbuki bu sıradan bir epizod idi və bəzən Milli Məclisdə gərginliyi götürmək üçün belə atmacalar, yumorlar qarşılıqlı şəkildə baş verir. Saytları, xəbər portallarını da qınamıram, onlar üçün də hansı xəbərin daha maraqla oxunması vacib şərtdir və cəmiyyət çoxluğunun istəkləri üzərində informasiya siyasətini qurmağa məcburdurlar. Anlaşılan budur ki, cəmiyyət olaraq əksəriyyətimizi ciddi məsələlər deyil, daha çox zarafatlar cəlb edir. Əslində cəmiyyətin hər qütbündə bu əhval hakimdir. Getdikcə bu zarafatların içində bir toplum olaraq ciddiliyimizi itirməyə başlayırıq. Elə Qarabağı da zarafata salıb itirmişik. Xeyirli olsun!”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button