2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fazil Qasımov: Qubad İbadoğluna qarşı ifadəni psixotrop vasitələrin təsiri altında vermişəm

Müxalif siyasətçi və alim Qubad İbadoğlunun işi üzrə həbs olunmuş iqtisadçı Fazil Qasımov 1 saylı Bakı İstintaq Təcridxanasından yerli və dünya ictimaiyyətinə müraciət edib.

O bildirir ki, ötən il həbs olunduqdan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çayına psixotrop maddə qarışdırılıb, Bu maddənin təsiri altında o, İbadoğluna qarşı yalan ifadə verib, sonra isə üzləşmədə bu ifadəni təsdiq etməyə məcbur edilib.

O, təqsirləndirilən şəxslərin yeməyinə psixotrop maddələrin qarışdırılması hallarının yoxlanılması üçün Azərbaycana BMT missiyasının göndərilməsini zəruri hesab edir. Qasımov BMT baş katibinin COP29-u qəbul edən ölkədə insan hüquqlarının kobud pozuntusuna biganə qalmayacağına ümid etdiyini bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Qasımov yazır ki, qaçqın ailəsində böyüsə də, yaxşı oxuyub və demək olar ki, maksimum balla (700-dən 693) ali məktəbə daxil ola və hətta prezident təqaüdçüsü ola bilib. 2010-cu ildə o, təhsilini davam etdirmək üçün Türkiyəyə gedib, 2019-cu ildən etibarən isə İstanbul Universitetində araşdırma proqramları ilə məşğul olurdu.

2023-cü ilin mayında o, Türkiyə vətəndaşlığı almaq üçün müraciət edib, lakin avqustun 7-də Azərbaycan DİN-in tələbi ilə qanunsuz olaraq deportasiya olunub.

BMCMB-də o, qeyri-insani, amansız, ləyaqəti alçaldan rəftara, təhdidlərə və işgəncələrə məruz qalıb. Bütün bunların səbəbi İbadoğlunun Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunu təsis etməsi və İbadoğlu ilə birgə iqtisadi araşdırmalar aparması olub.

F.Qasımov İbadoğlu ilə birlikdə saxta pul satmaqda ittiham olunmasının absurd olduğunu deyir.

İyulun 14-dən etibarən o, cinayət işinə xitam verilməsi tələbi ilə aclıq edir. “Səhhətimin ağır vəziyyətdə olmasına baxmayaraq, qanunsuz həbsimə və mənə qarşı baş verən kobud insan hüquqları pozuntularına ehtiraz olaraq aclıq etməkdən başqa yolum qalmayıb”, deyə Qasımov yazır.

“Həyatını insanlığa faydalı olmağa həsr etmiş təşəbbüskar bir elm adamı və sosial ədalət aktivisti olaraq ictimaiyyətin köməyinə ehtiyacım var. Lütfən, həyatımı itirmədən dəstək olub məni zindandan çıxarın”, deyə Qasımov qeyd edir.

Onun qardaşı Nazim Qasımov bildirib ki, dünən İstintaq Təcridxanasında onunla görüşüb. Onun sözlərinə görə, aclıq nəticəsində Fazilin vəziyyəti ağırdır təzyiqi 80/60-a düşüb.

DİN-in mətbuat xidmətinin nümayəndəsi İbrahim Əmiraslanlı Turan-ın Fazil Qasımovun ona psixotrop maddə verilməsi haqqında iddiaları ilə bağlı sorğusuna cavabda bildirib ki, “DİN əsassıız və şəxsi təxminlərə əsaslanan fikirlərlə bağlı şərh vermir”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button