2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fazil Qasımovun cinayət işi üzrə hazırlıq iclası avqustun 15-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı Fazil Qasımovun cinayət işi üzrə hazırlıq iclası avqustun 15-nə təyin edilib.

Bu barədə Turan-a vəkil Rövşanə Rəhimova məlumat verib.

Qardaşı Nazim Qasımov bildirib ki, Qasımov 56-cı gündür ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq aksiyasını davam etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda qeyd edib ki, iqtisadçı son 3 gündə yaxınlarına zəng vurmayıb.

* Fazil Qasımov 2023-cü il avqustun 7-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilərək Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstənin tərkibində saxta pul hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham olunub.

İstintaq iddia edir ki, saxta pulu sonradan həbs edilən müxalif siyasətçi Qubad İbadoğluna məhz o verib.

Bu günlərdə Qasımov Baş prokurora, Ombudsmana, yerli və beynəlxalq ictimaiyyətə müraciətində bu ifadəni işgəncə altında verdiyini bildirib.

O, İbadoğluna saxta pul vermədiyini, onunla FETÖ mövzularında (Türkiyədə terror təşkilatı kimi tanınan vaiz Fətullah Gülənin hərəkatı) heç vaxt müzakirə etmədiyini bildirərək bu ifadələrdən imtina edib.

Qasımov iyunun 14-dən istintaqın əvvəlində əsassız cinayət təqibinə və işgəncələrə etiraz olaraq aclıq aksiyası keçirir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button