2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

FED rəhbəri: “Uçot dərəcəsinin artırılması üçün daha çox səbəb yaranıb”

Bu gün ABŞ-ın Vyominq ştatında (Wyoming) “Cekson-Houl”da iqtisadçılar və dünya mərkəzi banklarının nümayəndələrinin iştirakı etdiyi “Gələcəkdə dayanıqlı monetar siyasətin təmin edilməsi” mövzusunda illik simpozium öz işinə başlayıb.

Bu dəfə konfransda əsas diqqət ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin çıxışına yönəlib. O, “Federal Ehtiyat Sisteminin pul-kredit siyasətinin alətləri: keçmiş, indi və gələcək” mövzusunda çıxış edib. C.Yellen deyib ki, dünya maliyyə böhranı və böyük tənəzzül bütün dünyada Mərkəzi Banklar üçün yeni problemlər yaradır və pul-kredit siyasətində dəyişiklikləri stimullaşdırır: “Bizim mövcud alətlər gələcəkdə iqtisadi tənəzzülün tənzimlənməsi üçün yetərlidir. Baxmayaraq ki, böhranın bizə verdiyi dərslərdən biri də böhran qabağı alətlərin bəzilərinin üzləşdiyimiz çətinlikləri dəf etmək, bəzi iqtisadi məsələlərin həlli üçün yetərli olmadığını göstərdi. Bununla belə, gələcəyə nəzər salaraq qeyd etməliyəm ki, pul-kredit siyasətində bir çox alətləri saxlamaq lazımdır. Bu konfrans keçmişdən dərs çıxarmaq üçün imkan yaradır və gələcək pul-kredit siyasətinin formalaşmasında mühüm rol oynayır”.

C.Yellen bildirib ki, son zamanlar uçot dərəcəsinin artırılması üçün daha çox səbəb yaranıb: “Hazırda ABŞ iqtisadiyyatı FED-in maksimum məşğulluq və qiymət sabitliyi ilə bağlı hədəflərinə yaxınlaşır. Hesab edirəm ki, buna görə də son aylarda uçot dərəcələrinin artırılması tərəfdarları çoxalıb. FED rəsmiləri mərhələli şəkildə uçot dərəcəsinin artırılmasını dəstəkləyir”.

Saytların yığılması Saytlarin yigilmasi

(apa)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button