Loading...
Loading...
GündəmSiyasət

Federika Mogerini bu gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək.

“Azadlıq” radiosunun xəbərinə görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Petr Svitalski məlumat verib.

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Mayın 16-da da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ErmənistanAzərbaycan prezidentlərinə məhz belə bir bildirişlə müraciət edəcək”, – deyə P.Svitalski bildirib.

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb
Back to top button