2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Femina” sahibindən Heydər Əliyev Fonduna – Şikayət

Femina” xəz-dəri mağazalar sahibi barəsində Bakı meriyasına və Heydər Əliyev Fonduna müraciət olunub.

Vizual.az xəbər verir ki, kürk firmasının rəhbəri Salman Mirzalıyevin 217 saylı körpələr evinin otaqlarını zəbt etməsi narazılıq doğurub.

Bir qrup paytaxtın Xətai rayon sakinlərin media üzərindən etdiyi müraciətdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın hər zaman kimsəsiz uşaqların qayğısına qaldığı, məktəb-bağçaların inşasında xüsusi dəstək olduğu, internatların, körpələr evinin yenidən qurulmasına köməklik etdiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Müraciətdə məlumat verilib ki, oliqarx səviyyəsində maliyyə imkanlarına malik olan “Femina” xəz-dəri mağazalar şəbəkəsinin rəhbəri körpələr evini işğal edib. 217 saylı bağçanın təyinatı üzrə fəaliyyət göstərməsi üçün müvafiq tapşırıq verilməsini xahiş edən müraciət müəllifləri S.Mirzalıyevin əməllərinin də araşdırılmasını istəyib.

Bakı meriyasına da üz tutan valideynlər BŞİH-nin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin şöbə müdiri Eldar Yunusovun məsələyə diqqət yetirməsini xahiş ediblər.

Vizual.az xəbər verir ki, mətbuatda adı neqativ işlərdə hallanan “Femina” sahibinin körpələr evini ələ keçirməsi birbaşa dövlətin bu sahədə yürütdüyü siyasətə qarşı çıxmaqdır. Xüsusilə, Təhsil Nazirliyi və meriyadan başqa, H.Əliyev Fondunun prezidenti bu sahədə çox həssasdır, bu sektora dəstəyini heç zaman əsirgəmir.

Lakin Çin istehsalı olan məhsulları İtaliya, Yunanıstan və ya Kanada malı adı ilə alıcılara sataraq milyonlara sahiblənən S.Mirzalıyev körpələr evini zəbt edib, öz maraqlarını həyata keçirir. Xatırladaq ki, bunu təsdiqləyən sənəd mətbuatda tirajlanıb. Yeri gəlmişkən, “Femina” sahibinin məcburi köçkün kimi müavinət aldığı haqda iddialar da xəbər portallarında yer alıb.

Yada salaq ki, son olaraq “Femina” rəhbərinin həbs edilən MTN generalı, Mahmudov şəbəkəsinin əsas fiqurantı Akif Çovdarovla işbirliyində adı hallanıb. Onun istintaqda dindirildiyi və məhkəmədə də ifadə verəcəyi qeyd olunur. Bu iddialarla bağlı qarşı tərəfin fikirlərini çap etməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button