2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Feminist Hərəkatının Bakıda 8 Mart aksiyası

Mart 8-də Feminist Hərəkatı Bakının Fəvvarələr Mərkəzindən başlayaraq “8 MARŞ – Bizimdir Hürr Küçələr” yürüşünü keçirib. Aksiyanın əsas şüarı “Şiddətə susma!” olub. Nizami küçəsində polislər aksiyaya müdaxilə edib, onların irəliməsinin qarşısı alınıb.

Polislər aksiya iştirakçılarının qaldırdılqarı plakatları alıblar. İştirakçılardan bir neçə nəfər saxlanılıb. Bununla belə aksiya müxtəlif yerlərdə davam edib.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiyadan əvvəl təşkilatçılar bəyanat yayıblar. Bəyanatda Azərbaycanda baş verən çoxsaylı qadın qətllərindən, selektiv abortlardan, gender əsaslı ayrı-seçkilikdən və zorakılıqdan, erkən nikahlardan, qızların təhsildən məhrum olunmasından və zorla evləndirilmədən, süpürgəçi qadınların təhlükəli iş şəraitində ölümə məruz buraxılmasından, qadın bədəninin istismarından narahatıqlıq ifadə olunur.

Daha sonra qeyd edilir ki, patriarxal dəyərlərin hakim olduğu ölkədə heç bir qadın azad deyil:

“Bunun ən əsas səbəbi dövlətin patriarxal dəyərlərə söykənməsi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün öz öhdəliklərini lazımınca həyata keçirməməsidir”.

Bəyanat müəllifləri bir sıra tələblə çıxış ediblər. Gender və cinsi oriyentasiyasından asılı olmayaraq bütün fərdlərin təhlükəsiz mühitdə yaşamaq və işləmək haqqının, hər kəsə əmək fəaliyyəti üçün bərabər imkanların, hər kəsin təhsilə çatımlılığının, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması haqqında beynəlxalq konvensiyanın şərtlərinə tamlıqla əməl edilməsini, Azərbaycanın İstanbul konvensiyasına qoşulmasının təmin edilməsini tələb edirlər.

Aksiyanın təşkilatçılarından Elgiz Qəhrəman saxlanılanların olduğunu bildirir. Bunlar Aysel Umudova, Əhməd İsmayılov, Azər Hümbətovdur. E.Qəhrəman onlardan birinin – Əhməd İsmayılovun başının yarıldığı deyir.

Saxlanan aksiyaçıların Səbail rayon Polis İdarəsinin 39 saylı bölməsinə aparıldığı bildirilir.

Azadlıq radiosu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button