2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Feministlər İran səfirliyinin önündə aksiya keçirdilər

Yayımlandı: 27 Sentyabr 2022 18:27

Aksiya iştirakçıları hazırladıqları simvolik əmmaməni yandırmaq istəyiblər

Sentyabrın 27-də Azərbaycan Feminist Hərəkatının nümayəndələri Bakıdakı İran Səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Məqsəd İrandakı qadınların mübarizəsinə dəstək vermək olub.

Aksiyada çıxış edən Gülnara Mehdiyeva bildirib ki, İran hakimiyyəti qadın azadlığını məhdudlaşdırır. Onlarla istədikləri kimi davranırlar.

Aksiya iştirakçıları hazırladıqları simvolik əmmaməni yandırmaq istəyiblər. Lakin polis aksiyaya müdaxilə edib və qızları ərazidən uzaqlaşdırmağa çalışıb.

Gulnara Mehdiyeva deyib ki, onlar iranlı feministlərə dəstək olmaq üçün buradadırlar:

“İstəyirik ki, onlar özlərini tək hiss etməsinlər. Oradakı aksiyaları polis dağıdır, məqsədi Xameneini qorumaqdır, bizdəki polislər də bizə müdaxilə edir, onlar da Xameneinin əmmaməsini qorumağa çalışırlar”.

Aksiya iştirakçısı Nərmin Şahmarzadə deyib ki, İranda bir qadın sırf hicabı doğru taxmadığı üçün polis tərəfindən döyülərək öldürülüb:

“Biz bunu edən məmurlara etiraz edirik. Gətirdiyimiz əmmamə məhz həmin dövlət məmurlarının əmmaməsini simvolizə edir. Biz onu yandırmağa cəhd etdik. Bizim üçün irtica məhv edilməlidir. Düzdür, yandıra bilmədik, onsuz da bu, simvolik idi. Əsas odur ki, İran hakimiyyətinə olan münasibətimizi göstərdik”.

Aksiya iştirakçıları bildiriblər ki, dünyanın istənilən yerində qadınlar öz seçimləri barədə müstəqil olmalıdırlar. Onları geyimlərinə görə həbs etmək, edam etmək isə yolverilməzdir:

“Buradan diktatorlara mesaj ötürürük. Bu əmmamə o rejimin təmsilçilərinin əmmaməsidir. Biz istəyirik ki, əxlaq gözətçiləri rədd olmalıdır”.

Nərmin Şahmarzadə iranlı qaınlar və onların mübarizəsi ilə həmrəy olduqlarını bildirib. Deyib ki, orada qadınların geyimlərinə müdaxilə olunur, hətta buna görə edam olunan, həbs edilən qadınlar var:

“Polislər canfəşanlıqla oradakı rejimi müdafiə edirlər, buradakı polislər də burada Xameneinin papağını qorumağa çalışdılar. Biz öz azadlıqları uğrunda mübarizə aparan qadınlara dəstək olmaq üçün buradayıq. Hər kəs öz geyiminə cavabdehdir və kimsə buna qarışa bilməz”.

11 gündür ki, İranda antihökumət etirazları davam edir. Etirazlar 22 yaşlı qadının ölümünə görə ölkə boyunca başlayıb. Məhsa Əmini hicab qaydalarını pozduğuna görə polisə aparılıb və orada həyatını itirib. Fəallar qadının əxlaq polisi tərəfindən döyülərək öldürüldüyünü deyir.

Rəsmi məlumata görə, etirazlarda həlak olanların sayı 41-dir. İnsan haqları fəalları isə bildirirlər ki, azı 57 nəfər ölüb.

Hökumət isə bu ittihamları rədd edir.

İran İnsan Haqları Təşkilatı sentyabrın 25-də bildirib ki, ölkədə internetin bloklanması səbəbindən etirazlarda nə qədər adamın həlak olmasını dəqiq bilmək mümkün deyil.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button