Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Fermerimiz dad çəkir, bizə isə quru süd satırlar – SƏBƏB

Xaricdən gətirilən süd və süd məhsullarının qiyməti günbəgün artdığı halda yerli fermerlər istehsal etdikləri məhsulu sata bilmirlər.

Süd emalını həyata keçirən şirkətləri yerli fermerlərlə üz-üzə qoyan hansı səbəblər var? Süd emalçılarını xarici bazarlara üz tutmağa sövq edən iqtisadi amillərin kökündə hansı proseslər dayanır?

İqtisadçı ekspert Cəfər İbrahimli məsələ ilə bağlı açıqlama verib.

Ekspert Azərbaycanın süd bazarında olan əsas problem kimi istehsalçı müəssisələrlə fermerlər arasında danışıqların zəif olduğunu bildirib: “Təchizat şirkətləri fermerlərlə süd müqaviləsini uzunmüddətli bağlamırlar. Həmçinin xaricdən gətirdikləri quru süd ucuz olduğu təqdirdə yerli fermerlərdən çox süd almağa maraq göstərmirlər. Əgər yerli fermerlərlə uzunmüddətli müqavilə bağlansa, təməl qiymətlər müəyyənləşsə, fermer də strategiyasını ona görə qurar.

İddia olunur ki, yerli süd baha başa gəlir, xaricdə isə ucuzdur”.

C.İbrahimli fermerlərin problemlərinə diqqət çəkib:

“Fermerlərin ən böyük problemlərindən biri də torpaq ərazilərinin olmaması və yem bazalarını özlərinin formalaşdıra bilməməsidir. Ölkədə südün maya dəyərinin aşağı düşməsi, fermerlərin dayanıqlılığının təmin olunması üçün təsərrüfat əraziləri yoxdur. Ona görə də fermerlər yem bazasını özləri formalaşdıra bilmir. Məsələn, fermerin 500 heyvanı olsa da, cəmi 20-50 hektar torpağı var. 1 mal üçün ortalama 1 hektar lazım olduğunu hesablasaq, 500 hektar ərazi olmalıdır ki, heyvana verilən bir neçə yem komponentlərinin 70-80%-ni özü təmin etsin.

Belə olan halda fermer yemi kənardan alır. Ona görə südün maya dəyər qiyməti avtomatik olaraq bahalaşır. Maya dəyəri bahalaşmış südü şirkətlərə təqdim edəndə xarici bazarın ucuz olduğu nəzərə alınaraq məhz ora üz tutmağa üstünlük verilir. Təchizatçı şirkətlər bildirirlər ki, xaricdən süd məhsulları ölkəyə rahat daxil olur, onların reklamı çox güclüdür və marketdəki rəflərin 70-80%-ni tuturlar. Həmçinin xarici malın reklamı və gözə gəlimliliyi olduğu üçün satışı da kifayət qədərdir. Ona görə də yerli istehsaldan çox xarici malların alınıb-satılmasına üstünlük verirlər”.

Ekspertin sözlərinə görə, 10 ildən çoxdur ki, süd və süd məhsulları ilə bağlı ölkəmizdə kompleks problem var:

“Azərbaycanda müasir südçülük təsərrüfatları yaranandan bəri bu problem həll olmayıb. Dövlətin dəstəyi ilə təchizat şirkətləri də qurulub. Bu qədər süd emalı zavodlarının əksəriyyəti dövlət dəstəyilə qurulub ki, dayanıqlılıq təmin olunsun. Lakin fermerlərin torpaq və yem bazası imkanı yaradılmalıdır. Eyni zamanda təchizatçı şirkətlərlə fermerlər razılaşıb uzunmüddətli, dayanıqlı müqavilələr imzalamalı və südün baza qiyməti müəyyənləşməlidir. O qiymətə görə fermer və təchizatçı şirkət işini görməlidir. Fermerlərin süd ilə bağlı gəlirlilik problemi var. Demək olar ki, ötən illə bu il arasında daxili bazarda südün fermadan çıxış qiymətində heç bir fərq yoxdur, hətta bir-iki qəpik ucuzdur”. (Bakupost)

Gözdən qaçırmayın:  Türkiyədə inanılmaz inflyasiya proqnozu səsləndi

24 saatFermerimiz dad çəkir, bizə isə quru süd satırlar – SƏBƏB” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button