Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

“Fermerin canı mənasız kağız-kuğuzdan qurtaracaq, ət isə ucuzlaşmayacaq” – İqtisadçı

“Hansı saytı açırsan hamısı sevincək, “ət qiymətləri düşəcək, ucuzlaşacaq”, kimi başlıqlar altında xəbərləri tirajlayaraq insanları avam yerinə qoyurlar”.

Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli açıqlaması zamanı hökümətin antiinfilyasiya qərarına münasibət olaraq bildirib. O, qərarda edilən dəyişikliyin nələrə səbəb olacağı barəsində də danışıb.

“Bəli, qərar pozitiv addımdır, ən azından maldarlıqla məşğul olan fermerlərin canını mənasız kağız-kuğuz işindən qurtatracaq. Reallığa gələndə isə hər bir xırda və iribuynuzlu mal-qara üçün təyin edilən 20 manatlıq rüsum ləğv edilir. Yəni, 20 kq ət verən qoyun-qoç üçün bu rüsumun ləğvi ət qiymətlərinə 1 manata yaxın təsiri ola bilər. Amma 200 kq-lıq dananın ət qiymətlərinə hər kiloqramda 10 qəpik, 400 kq-lıq malın ət qiymətlərinə isə hər çəkisinə 5 qəpik təsir edə bilər. Amma nəzərə alın ki, mal-qara üçün təbii yem bazası azalıb (otlaq yerlərinin bir çoxu texniki bitkilərə ayrılıb), payız-qış aylarında isə satılan yemin qiyməti kəskin artıb və biz hələ də daxili təlabatı ödəyə bilmirik deyə Gürcüstandan diri mal-qara idxal edirik. Yəni, “NK-nin son qərarı əti ucuzlaşdıracaq”, deyə bir yanaşma doğru deyil”.

Qeyd edək ki, Nazirlər Kabineti “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edib.

Qeyd edək ki, Nazirlər Kabineti “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edib.

Dəyişikliyə əsasən:

Baytarlıq pasportunun alınması tələb olunmayacaq; Hər heyvan üçün 20 manat dövlət rüsumu tutulmayacaq; Heyvan ətinin maya dəyəri azalacaq; Bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq.

son xeberler

Gözdən qaçırmayın:  Yenilənmiş dövlət büdcəsində nə dəyişir?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button