2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

FHN-ə sillə kimi cavab: ” Sahibkardan 100 min rüşvət almaq olmaz, Asiman müəllim…” – VİDEO

Göyçay rayon sakini, YAP üzvü, sahibkar Mayılov Çingiz Sabir oğlu üzləşdiyi problemləri ilə bağlı 24saat.org saytı olaraq cumhuriyyet.az saytına istinadən bir müddət əvvəl yazı dərc etmişdik. “YAP-çı sahibkar məmurları sıraya düzdü: Kəmaləddin Heydərov, Qorxmaz Hüseynov, Şirzad Abdullayev…” başlıqlı həmin yazımızda sahibkarın videomüraciətini də yerləşdirmişdik.

Ümumiyyətlə uzun müddətdir Göyçay rayonunda sahibkarla FHN arasındakı qalmaqal haqda yazmışıq. Son yazımızda isə cumhuriyyet.az olaraq Göyçaylı sahibkarın FHN-nin müxtəlif qurumlarda rüşvət söhbətinin anonsun verərək videomaterial dərc etmişdik. “Kəmaləddin Heydərovun adamlarının sahibkardan rüşvət tələbi: Asiman-Elçin ittifaqı” başlıqlı həmin yazıdan və videogörüntülərdən sonra ölkənin “fövqəlnazirliyi”nin müəyyən addımlar atacağını və olaya hüquqi qiymət veriləcəyini gözləyirdik. Amma təəssüf… Min təəssif adamlar EL üÇÜN malışmaq yerinə yerdən ASİMANadək yalanlara baş vurdular və QAFQAZın ELBURUS dağlarından da böyük bu yalanların bir ucu həm də bizə ittihamlar olduğundan CUMHURİYYET.AZ olaraq bu məqama aydınlıq gətirmək borcumuzdur. Buna görə də ilk olaraq
FHN-ə media dərsi
kimi çixmasın, bəzi məqamları anlatmaq istərdik: Cənablar, bu olayla bağlı ilk gündən cumhuriyyet.az olaraq məsələləri biz gündəmə gətirmişik, sözünüz vardısa mövqe bizim sayta da göndərilə bilərdi və bu günkü yazımızı da dərc etməklə həmin mövqeni işıqlandırardıq. Oğrun-oğrun orda-burda məlumat dərc etdirib təsəlli tapmaqla deyil ki, həqiqəti belə gizlətmək olmaz. Digər bir tərəfdən ortada RÜŞVƏT iddiası var siz isə “Fövqəladə Hallar Nazirliyi bəzi kütləvi informasiya vasitələrində Göyçay rayonu, Potu kəndi ərazisində aparılan qanunsuz tikinti işlərinin nazirliyin aidiyyəti qurumları tərəfindən əsassız şəkildə dayandırılması barədə yayılmış xəbərlərə münasibət bildirib” deyə yazırsız. Adlar var, ittihamlar konkretdi! Buyursun adamlar özləri çıxsın cavab versin! Yoxdu axı cavab, 2×2-nin bir cavabı var axı…. Yox bu cavab 4 deyil. Bəzi məmurlardan fərqli olaraq bizdə cavablar rəqəmlə deyil sözlə ifadə olunur. Buna görə də
Alın bu da sizə
Biz də qarşı tərəf kimi öz bildiklərimizi yaza bilərdik. Amma ortada olan bir sahibkarın haqq davası və konkret olaraq rüşvət ittihamıdır. FHN öz açıqlamasında işlətdiyi “qanuni tələbləri yerinə yetirmək əvəzinə Göyçay rayon sakini Mayılov Çingiz Sabir oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq adı altında KİV vasitəsilə müxtəlif videogörüntülər yaymaqla öz qanunsuz əməllərinin qanunauyğun olduğunu sübut etməyə çalışıb” cümləsinə cavabı da elə həmin sahibkarın üzərinə buraxırıq. Buyurun dinləyin cənablar:

Saytların yığılması Saytlarin yigilmasi

Bu da bəs etmədimi? Elə isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman müəllimin sahibkarla qalmaqallı söhbətindən videogörüntülərin birinci hissəsini diqqətinizə çatdırırıq:

Mövzunu davam etdirəcəyik…

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button