2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

FHN-də çəkilən intim videolara görə polkovnik haqqında həbs qərarı çıxarıldı

Yayımlandı: 19 Avqust 2022 20:31

Hakim prokurorun təqdimatını təmin edib

Bugünlərdə sosial şəbəkələrdə yayılan intim xarakterli video və fotolardakı şəxslərdən biri – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev avqustun 19-da məhkəmə qarşısına çıxarılıb. Binəqədi Rayon Məhkəməsində onun istintaq dövründə həbsdə saxlanması üçün prokurorun verdiyi təqdimata baxılıb. Hakim təqdimatı təmin edib və Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Zaur Mirzəyev avqustun 17-də tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Onun işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

İddia olunur ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb.

“Xidməti və sair asılılıqlarından yararlanaraq, qadınlarla 2013-cü ildən 2019-cu ilin sonlarına qədər iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internetdə yayılmasına səbəb olub”, – prokurorluğun yaydığı məlumatda deyilir.

Zaur Mirzəyevin səlahiyyət hüdudlarından kənara çıxmaqda, videogörüntülərdəki şəxslərin hüquq və qanuni mənafelərinə, həmçinin Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirməkdə ittiham olunur.

Zaur Mirzəyevin ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button