2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

FHN generalının polis oğlu yanacaq mafiyası ilə əlbir olub? – VİDEO

Qaradağ rayonunda yerləşən Sahil qəsəbəsində bir dənə də olsun yanacaqdoldurma məntəqəsi yoxdur. Bu isə yanacaq alveri ilə məşğul olan dəstənin birbaşa işinə yarayır. Arif və Kamal adlı şəxslər polis orqanlarının himayəçiliyi ilə qəsəbə ərazisində bir neçə yanacaq satış məntəqəsi açıblar.

sahmar
Şahmar Paşayev

Qəsəbənin mərkəzi küçəsi boyu xırda dükanlarda açıq yanacaq alveri gedir. Xırda dükanları ağzınadaək benzinli kanistirlərlə dolduraraq qanunsuz yanacaqdoldurma məntəqəsi kimi istifadə edirlər . Satış yerində heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Bu heç mümkün də deyil. Siqaret kötüyündən yaxud ətrafdakı kababxanalardan uçub təsədüf bura düşən qığılcılm böyük partlayışa səbəb ola bilər. Yanacaq dükanları qəsəbənin gəlişli-gedişli yerində olduğu üçün insan təlafatı qaçılmazdır.
Bu məsələ ilə bağlı Reportaj.tv əməkdaşları araşdırma aparmış. Qanunsuz yanacaqdoldurma məntəqələrinin sahibinin Arif adlı şəxsə məxsus olduğunu öyrənib. Məsələ ilə bağlı Qaradağ rayon 38-ci PB-nə müraciət etmişik. Şöbənin rəisi Turabi Paşayev telefonla bu qanunsuz yanacaqdoldurma məntəqələrindən xəbərdar olduğunu bildirdi və qeyd etdi ki, iş yerində deyil, qayıdanda rəsmi münasibət bildirəcək. Bu danışığın üstündən 1 ay keçməsinə baxmayaraq nə münasibət bildirilib, nə də polis qəsəbədə qanunsuz yanacaq alveri edən şəxslərə qarşı tədbir görməyib.

Məsələnin ən maraqlı tərəfi bundadır ki, polis rəisi Turabi Paşayev qanunsuz əməlləri və yanacaq mafiyası ilə işbirliyinə Fövqaladə Hallar Nazirliyində general olan atası Şahmar Paşayevə arxalanaraq gedir. Halbuki o bu qanunsuzluqların hansı fəsadlara yol aça biləcəyini diğərlərindən daha yaxşı dərk etməli idi.
Aldığımız məlumatlara görə yanacaq dolu anbarlardan biri Sahil qəsəbəsindəki yaşayış binalarndan birinin zirzəmisindədir. Bunun nə olduğunu anlatmağa ehtiyac yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Reportaj.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button