2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

FHN hospitalının baş həkiminin cəzası yarıbayarı azaldıldı

Yayımlandı: 23 Avqust 2022 13:12

Hospitalın həbs olunan digər əməkdaşları ilə bağlı da məhkəmə hökmü dəyişdi

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin tabeliyindəki Modul Tipli Hospitalın ilyarıma yaxındır həbsdə olan keçmiş baş həkimi İmran Ağayevin cəzası azaldılıb. Onun haqqında çıxarılmış hökmü apelyasiya məhkəməsi dəyişib.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Apelyasiya Məhkəməsində sabiq baş həkim və onunla birlikdə mühakimə olunan şəxslərin hökmdən verdikləri apelyasiya şikayətinə baxılıb. Hakim Elmar Rəhimovun sədrliyilə keçilən məhkəmə prosesinin sonunda keçmiş baş həkimin cəzası 8 il 3 aydan 4 ilə endirilib.

Hospitalın daha iki keçmiş işçisi – Rüfət Vəlizadə və Taleh İmanlı haqqında da hökmə dəyişiklik edilib. Onların hər birinə kəsilmiş 8 il 1 aylıq həbs cəzası 3 il 6 aya endirilib.

Hospitalın daha bir əməkdaşı Qulu Orucov da onlarla birlikdə mühakimə olunurdu. Lakin digər təqsirləndirilən şəxslərdən Qulu Orucov istintaq və birinci instansiya məhkəməsində proses gedən dövrdə həbsdə deyildi. O, martın 17-də – Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün məhkəmə zalından həbs olundu. Ona 5 il həbs cəzası kəsildi. Ona münasibətdə hökm dəyişməyib.

Cinayət işinin materiallarında iddia olunur ki, baş həkim digər əməkdaşlarla əlbir olub, COVİD xəstələrini hospitalın “VİP korpus”larına yerləşdirib, daha yüksək tibbi xidmətlə təmin etmək üçün 6 nəfər xəstənin yaxınından ümumilikdə 10 min 500 manat pul alıb. İmran Ağayev hospitalın işçilərindən də yenidən əmək müqaviləsi bağlamaq üçün rüşvət almaqda təqsirləndirilir.

“İmran Ağayev COVİD-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstəni özünün təsisçisi və direktoru olduğu “MediStyle” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsilə Modul Tipli Hospitala aparılmasını təşkil edib. Buna görə həmin şəxslərdən xidmət haqqı kimi ümumilikdə 51 min 600 manat pul alıb. O, həmçinin COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin mütəmadi hospitalı tərk edib, sərbəst şəraitdə hərəkət etməsinə şərait yaradıb. Bununla da xəstəliyin yayılmasına real təhlükə yaradıb”, – prokurorluğun ittihamı belədir.

İmran Ağayevə qarşı rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, karantin rejimlərinin pozulması kimi ittihamlar irəli sürülüb.

İmran Ağayev cinayət işində göstərilən ittihamların heç birini qəbul etmir. O, heç kimdən rüşvət almadığını, təqsirsiz olduğunu bildirib.

İmran Ağayevgillə eyni vaxtda “Yeni Klinika”da da əməliyyat keçirilmiş, bu tibb müəssisəsinin baş həkimi Pərviz Abbasov həbs olunmuşdu. O da koronaviruslu xəstələrin yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda ittiham olunurdu. Lakin Pərviz Abbasov özünü təqsirli bilmir, ümumiyyətlə, rüşvətdən uzaq olduğunu, maaşla dolandığını, bir avtomobil və ipotekada olan bir evdən başqa heç bir əmlakı olmadığını bildirmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində Pərviz Abbasova 8 il 6 ay həbs cəzası kəsilmişdi. Sonradan Bakı Apelyasiya Məhkəməsində onun cəzası 8 il 6 aydan 5 il 6 aya endirildi. Bu iş üzrə həbsdə olan daha üç nəfər – “Buta” klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinin cəzası da dəyişərək, 8 ildən 5 ilə qədər azaldıldı.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button