2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

FHN polkovniki saxlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb: “İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb. Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

İttihamlara, hələlik, Z.Mirzəyevdən, onun vəkillərindən və FHN-in rəhbər şəxslərindən münasibət almaq mümkün olmayıb.

Son günlər sosial şəbəkələrdə və bəzi yerli media orqanlarında FHN-nin xidməti otaqlarının birində çəkildiyi bildirilən pornoqrafik videolar yayılmışdı. Həmin videolar geniş müzakirələrə səbəb olmuşdu.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button