2022-11-15 12:21:08
İnfantino dünən rəsmi şam yeməyindən əvvəl Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatı üçün Ukraynada atəşkəsə çağırıb.
Futbolun idmandan daha çox olduğunu dilə gətirən FİFA prezidenti onun bütün dünyada böyük sosial təsirə malik olduğunu bildirib.
Futbolun dünyanı birləşdirdiyini vurğulayan FİFA prezidenti, “Hamınızdan xahiş edirəm ki, dünya çempionatı zamanı 1 ay müddətində müvəqqəti atəşkəs barədə düşünəsiniz. Siz dünya liderlərisiniz, tarixin gedişatına təsir etmək qabiliyyətiniz var. Futbol və dünya kubokları sizə və dünyaya unikal birlik platforması təklif edir. Beləliklə, münaqişələrə son qoymağa başlayın. Gəlin bu fürsətdən istifadə edək”.
Bu gündən etibarən FİFA “Futbol dünyanı birləşdirir” kampaniyasına başlayıb və tanıtım videosunda Crisitano Ronaldo, Messi və Neymar kimi adlar da yer alıb.
Tərcümə“24 SAAT”
You must log in to post a comment.