2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

FİFA reytinqində Azərbaycan millisi iki pillə geriləyib

FİFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb.

“Report”un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Robert Prosineçkinin rəhbərlik etdiyi komanda 90-cı pillədə qərarlaşıb.

Millinin aktivində 386 xal var. Ötən ay 88-ci pillədə yer alan yığma 2 pillə geriləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Siyahıya 1634 xalla Argentina yığması başçılıq edir. Aktivində 1544 xal olan Braziliya bir pillə irəliləyərək ikinci yerə yüksəlib. 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni – C qrupunda çıxış edən Almaniya yığması isə bir pillə geriləyib. Aktivində 1433 xal olan yığma 3-cüdür.

Millinin digər rəqiblərindən Şimali İrlandiya 858 xalla 10 pillə irəliləyərək 23-cü, Çexiya 671 xalla 3 pillə geriləyərək 43-cü, Norveç 422 xalla 3 pillə geriləyərək 84-cü, San Marino yığması isə 17 xalla 1 pillə geriləyərək 202-ci yerdə qərarlaşıb.

Türkiyə yığması 851 xalla 1 pillə irəliləyərək 24-cü, Rusiya isə 592 xalla 2 pillə geriləyərək 55-ci olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button