2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Fikrət Fərəməzoğlu: “And olsun bu Qurana, o adamları tanımıram…”

Jurnalist Araşdırmaları Mərkəzi və “Jam.az” saytının təsisçisi Fikrət İbişbəylinin (Fərəməzoğlu) 7 il azadlıqdan məhrum edilməsi haqda hökm qüvvədə saxlanıldı. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Hökmdən öncə üç zərərçəkmişdən biri olan Şirin Abdullayev ifadə verib. Deyib ki, Fikrət Fərəməzoğluya bir dəfə 1000, ikinci dəfə 1500 olmaqla, ümumilikdə 2 min 500 manat pul verib:

Saytların yığılması Saytlarin yigilmasi

“2016-cı ilin fevral ayında məni bir günün içində 17-18 sayt ifşa elədi. Aprel ayının əvvəlində bu gəlib məndən hər ay üçün iki min pul istədi. Dedim ki, məcburi köçkünəm, sənə veriləsi pulum yoxdur. Qayıtdı ki, “sən bilirsənmi mən necə icra başçılarını diz üstə gətirmişəm”.

Massaj salonu işlədən Şirin Abdullayev Fikrət Fərəməzoğlu haqda hökmün qüvvədə saxlanılmasını istəyib.

“İSTƏYİRSİZ, LAP ÖLÜM HÖKMÜ ÇIXARIN”

Fikrət isə əlində “Quran” kitabı ilə hakimlərə müraciət edib və deyib ki, zərərçəkmiş yalan danışır:

“And olsun bu Qurana, mən bu adamları tanımıram. Baxın, bu adamların heç biri ilə aramızda telefon danışığı yoxdur. Zərərçəkmiş şəxslərdən yalnız Mehman Həsənovu tanımışam, onunla bir dəfə görüşüm olub, onda da aramızda pul söhbəti olmayıb. Əgər ondan pul alan idimsə, tutulduğum gün mənə etdiyi çoxsaylı zənglərə niyə cavab vermirdim? Həbs olunanda üstümdən çıxdığı iddia olunan 3 min manatı da polislər cibimə zorla qoyub, özləri də çıxarıblar. Belə olmasaydı, ortaya heç olmasa, bir əməliyyat çəkilişi, səs yazısı qoyardılar. Əvvəl sözüm də, son sözüm də budur. Bundan sonra istəyirsiz, lap ölüm hökmü çıxarın”.

Prokuror ittihamların sübuta yetirildiyini deyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib.

Vəkil Zibeydə Sadıqova isə hökmün əsassız olduğunu, birinci instansiya məhkəməsində bu iş üzrə yetərincə araşdırma aparılmadığını, F.İbişbəylinin təqsirsizliyini sübut etməyə yönəlik vəsatətlərin heç birinin təmin olunmadığını söyləyib:

“Fikrət İbişbəylinin evindəki axtarış qanunsuz olub. Nə özü iştirak edib, nə vəkili, nə də hal şahidləri. Evdən, hətta uşaqlara məxsus cizgi filmi disklərini də götürüblər”.

Qısa müşavirədən sonra hakimlər apellyasiya şikayətinin təmin olunmadığını elan edib.
Məhkəmədən sonra vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button