2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fikrət Hüseynli Ukraynadan çıxışının təşərrüatları

2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Azərbaycan prokurorluğunun sorğusu əsasında “Borispol” hava limanında saxlanılan jurnalist, “Turan TV”nin əməkdaşı Fikrət Hüseynli altı aydan sonra – aprelin 17-də Ukraynanı tərk edib. Bu barədə “Azadliq.info”ya “Turan TV”nin rəhbəri Qənimət Zahid məlumat verib.

F.Hüseynli Kiyevdə hava limanında saxlandıqdan sonra Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinin araşdırılması məqsədilə jurnalistin 18 günlük həbsinə qərar verib. Oktyabrın 27-də isə Kiyevin Lukyanovski Məhkəməsi F.Hüseynlinin həbsdən buraxılması haqda qərar çıxarıb. Həmçinin jurnalistin Azərbaycana ekstradisiyası haqqında prokurorluğun vəsatəti də təmin olunmayıb. Kiyev Vilayət Prokurorluğu qərardan apellyasiya şikayəti verib və F.Hüseynlinin həbsini tələb edib. Fevralın 13-də məhkəmə yenə ekstradisiyadan imtina edib.

F.Hüseynlinin əməkdaşı olduğu “Turan TV”nin rəhbəri Q.Zahid bildirib ki, aprelin 2-də isə Piçerski Rayon Məhkəməsi ümumiyyətlə, F.Hüseynlinin ekstradisiyası ilə bağlı yoxlamanın dayandırılmasına qərar verib. Buna baxmayaraq, prokurorluq F.Hüseynlinin pasportunu qaytarmayıb. Həm də yoxlamanın dayandırılması məsələsinə yenidən baxılması üçün bir daha məhkəməyə müraciət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna mediasının yaydığı məlumata görə, aprelin 16-da keçirilən məhkəmədə F.Hüseynlinin vəkili Dmitri Mazurok müvəkkilinin sənədlərinin qaytarılmamasına etiraz edib. Müdafiəçi bunun hüquq pozuntusu olduğunu bildirib.

Hakim pasportu F.Hüseynliyə qaytarıb. Prokuror etiraz edib. Deyib ki, pasportun qaytarılması haqda qərar çıxarılmayıb.
Məhkəmə aprelin 19-na təxirə salınıb.

F.Hüseynlinin Ukraynadan çıxışına qadağa olmadığından o, aprelin 17-də Kiyevi tərk edib və vətəndaşı olduğu Niderlanda yollanıb.

Aprelin 19-da keçiriləcək məhkəmədə jurnalistin vəkilləri iştirak edəcəklər. Əgər məhkəmənin F.Hüseynlinin özünün iştirakı olmadan keçirilməsi mümkün olsa, o halda, jurnalist Kiyevə qayıtmayacaq: “Yox, əgər deyilsə ki, Fikrət Hüseynilinin şəxsən iştirakı vacibdir, o halda, özü də gəlib iştirak edəcək”.

Qeyd edək ki, Fikrət Hüseynli əvvəllər “Azadlıq” qəzetinin əməkdaşı olub və məruz qaldığı təzyiqlər üzündən 2008-ci ildə Azərbaycanı tərk edib. Niderlandda yaşayan F.Hüseynli “Turan TV”nin, “Azərbaycan saatı” televiziya proqramının əməkdaşıdır və Azərbaycan kökumətini tənqid edən fikirləri, korrupsiyanı ifşa edən materialları ilə tanınır.

F.Hüseynini İnterpol xətti ilə axtarışa verən Azərbaycan prokurorluğu onun barəsində cinayət işi başlayıb. Jurnalist CM-nin 178 (dələduzluq) və 318 (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Ukrayna məhkəmələri F.Hüseynlini Azərbaycana təhvil verməkdən imtina edəndən sonra Azərbaycanın baş prokuroru Zakir Qaralov şəxsən bu məsələyə qoşularaq, onun ekstradisiyası üçün məktub göndərmişdi. Məktuba F.Hüseynlinin tədbirlərin birində Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru mixail Saakaşvili ilə birlikdə olan fotosunu da məktuba əlavə etmişdi. Amma Qaralovun bu məktubunun da xeyri olmadı.

F.Hüseynli barəsində başlanmış cinayət işinin saxta olduğunu və jurnalist fəaliyyətinə görə onu cəzalandırmaq məqsədi güdüldüyünü bildirir.

Bir çox beynəlxalq təşkilatlar da F.Hüseynlinin Azərbaycana təhvil verilməsinin qarşısını almaq üçün Ukraynanın müvafiq qurumlarına müraciət etmişdi.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button