2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Fikrət Yusifov: Neftin qiymətlərinin artacağı inandırıcı deyil

İki ilə yaxın idi ki, OPEK neftin qiymətlərinin artırılması məqsədilə onun hasilatını azaltmağa dair qərar qəbul etməyə ciddi cəhd göstərirdi.

Hər dəfə kartel bu qərarı qəbul etməyə yaxın olsa da öncədən əldə edilmiş razılaşma müəmmalı bir şəkildə pozulurdu. Nəhayət ki, bu ilin noyabr ayının 30-da keçirilən son toplantıda OPEK neft hasilatının sutka ərzində 1,2 milyon barel azaldılmasına dair qərar qəbul edə bildi. Bu qərardan sonrakı  10-12 gün ərzində dünya bazarlarında neftin qiymətləri 7-8% -ə qədər yüksəldi. Çoxları bundan sonra qiymətlərin qalxaraq 60-70 dollar arasında sabitləşəcəyini bildirsə də biz bu qiymət artımına münasibət bildirərək onun sadəcə OPEK-in son qərarının yaratdığı pisxoloji bir hal olduğunu yazdıq və eyni zamanda bildirdik ki, ABŞ bütün hallar üçün neftin qiymətlərinin artmasına yol verməyəcək. Dünən bizim dediklərimiz baş verdi. Baha dolların neftin  qiymətlərinə mənfi təsiri aşkar bir məsələdir. ABŞ Federal Ehtiyatlar Sistemi OPEK-in bu qərarına cavab olaraq  baza faiz dərəcəsini mövcud 0,25-0,5- dən 0,5-0,75 faizə yüksəltdi, Birləşmiş Ştatların Enerji Nazirliyi isə eyni gündə ölkənin neft ehtiyatlarının həcmi barəsində məlumatları dərc edərək bazardakı durumu kökündən dəyişə bildi.  ABŞ-ın bir gün ərzində atdığı bu iki addımla dünya bazarlarında neftin qiymətləri 4 faiz ucuzlaşdı.
Neftin qiymətləri ətrafında baş verən proseslərin siyasi motivlərlə idarə olunduğunu və OPEK-in hər hansı bir qərarının işləməyəcəyinə dair fikirləri biz artıq bir ildən çoxdur ki, mətbuat səhifələrində dəfələrlə səsləndirmişik.  Bir daha təkrar edirik, neftin qiymətləri neft hasil edən ölkələrin arzuladığı səviyyəyə yalnız ABŞ-ın bunu istədiyi zaman qalxacaq. ABŞ – Rusiya  qarşıdurması müstəvisindən baxanda isə bu məsələdə işıq ucu belə görünmür.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button