Bizim tərcüməDünya

Filippində “Nalgae” qasırğasında ölənlərin sayı 100-ü ötüb

Filippində həyatını itirənlərin sayı 105-ə yüksələrkən, 63 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Maguindanaoda torpaq sürüşməsi və daşqınlar nəticəsində 53 nəfər həyatını itirib. Müsəlmanların sıx yaşadığı Banqsamoro Muxtar Bölgəsinin daxili işlər naziri Naguib Sinarimbo bəyan edib ki, açıqlanan itki sayı həqiqəti əks etdirmir. Sinarimbo, Maguindanao’nun Kusiong kəndində dağıntılar altında qalan və hələ də onlara çata bilməyən insanların bütün ailə üzvlərinin çökmə nəticəsində öldüyü üçün itkin düşmüş şəxs haqqında hesabat verə bilmədiklərini söylədi.

TƏKMİN 1 MİLYON İNSAN EVLƏRİNİ TƏRK ETDİ

Təxliyə mərkəzlərinə və qohumlarının evlərinə sığınan 975 mindən çox kəndli də daxil olmaqla, ölkədə 1,9 milyona yaxın insan “Nalgae” qasırğasından zərər çəkib.

Səlahiyyətlilər, ən azı 4100 evin, təxminən 40,000 hektar düyü və digər əkin sahələrinin daşqınlar nəticəsində zərər gördüyünü bildirib. Dəyən maddi ziyanın ölçüsünün təxminən 13 milyon dollar olduğu bildirilərkən, əkinçilik sahələrində ən az 7,5 milyon dollar maddi ziyanın qeydə alındığı öyrənilib.

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Putin partladılması ehtimal edilən qaz kəmərlərindən danışıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button