Bizim tərcümə

Filippində sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-24 02:32:30

Korean Air şirkətinin Seul-Sebu reysini həyata keçirən A330-322 tipli sərnişin təyyarəsi Mactan-Sebu Beynəlxalq Hava Limanına enərkən pis hava şəraiti səbəbindən dayana bilməyib və uçuş-enmə zolağından çıxıb. Uçuş-enmə zolağından çıxaraq çəmənlikdəki siqnal nişanlarına çırpılan təyyarəyə ciddi ziyan dəyib, təyyarədə olan 162 sərnişin təxliyə edilib. Qəzada can itkisi olmasa da, sərnişinlər sağlamlıq müayinəsindən keçmək üçün terminal binasına köçürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Radar görüntülərində təyyarənin qəzadan əvvəl iki dəfə uçuş-enmə zolağına enməyə cəhd etdiyi, lakin pis hava şəraiti səbəbindən bunu edə bilmədiyi və təcili eniş anonunun üçüncü eniş cəhdindən əvvəl verildiyi müəyyən edilib. “Korean Air”dən verilən açıqlamada qəza ilə bağlı araşdırmaya başlanıldığı bildirilib.

Filippində sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button