2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Financial Times”: “Akşener AKP hakimiyyətinə qarşı partiya qura bilər”

İngiltərənin məşhur “Financial Times” (FT) qəzeti MHP-dəki müxalif qanadın tanınmış simalarından biri olan Meral Akşenerin dəstəkçilərinin “AKP-nin hakimiyyətinə meydan oxumaq üçün partiya qərargahı düşündüyü”nü yazıb.

FT-nin Ankaradakı müxbirləri Laura Pitel və Mehul Srivastavanın birgə yazısında Akşenerin yalnız öz partiyası MHP-yə meydan oxumaqla qalmayıb, Ərdoğanı da “başkanlık xəyalından məhrum buraxdığı”qeyd edilir: “Ankarada dəstəkçilərin referendumu izlədiyi oteldə İstanbuldan “xeyr” nəticəsi gəldiyi zaman otaq alov almış kimi oldu. Könüllü qrupdan biri alqışlarla ayağa qalxıb “Bravo İstanbul “deyə qışqırdı. Yarım saat sonra Ankara İstanbulu təqib edəndə aralarından biri “bu çox əhəmiyyətli, külək tərsinə dönür”’ dedi ”

Saytların yığılması Saytlarin yigilmasi

FT-ın yazısında AKP-nin səs itkilərinin iqtidardakı partiya üçün problemli bir durum olduğu, ana müxalifət partiyası CHP üçünsə bunun bir “fürsət” yaratdığı ifadə edilir.

“CHP Ərdoğanın hökumətini etirazların qarışısını ala bilməyəcəyinə ümidlidir. Bu arada Akşener dəstəkçiləri yeni bir partiya qurmaqdan bəhs edir.”
Ekspertlər mərkəz sağı AKP-nin hakimiyyətinə ən böyük təhlükə olaraq görür. Keçmiş Daxili İşlər naziri Akşener belə bir mübarizəyə liderlik edəcək ən yaxşı şəxs ola bilər. Müdafiəçiləri Akşenerin həm həddindən artıq millətçiləri, həm dünyəvi və islamçıları əhatə edəcəyini, sol və sağdan, təbii ki AKP-dən də səsləri ala biləcəyini söyləyir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button