2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Finlandiya və İsveçrədən Rusiyanın qaz embarqosuna cavab

Yayımlandı: 6 Sentyabr 2022 15:27

Enerji şirkətlərinə milyardlarla maliyyə ayrılacaq

Finlandiya və İsveçrə hökuməti sentyabrın 6-da enerji şirkətlərinə milyardlarla maliyyə dəstəyi verəcəklərini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Səbəb Rusiyanın Avropaya gedən böyük qaz kəmərini bağlamaq addımından sığortalanmaqdır.

Rusiyanın bu addımı Avropada böhranı dərinləşdirib.

Nəticədə hökumətlər enerji təchizatını təmin etmək üçün mübarizə aparmağa başlayıb.

Finlandiyanın “Fortum” kommunal şirkəti (FORTUM.HE) girov ehtiyaclarını ödəmək üçün hökumət investisiya şirkəti olan “Solidium” ilə 2,35 milyard avro (2,34 milyard dollar) dəyərində körpü maliyyələşdirmə razılaşması imzaladığını açıqlayıb.

Finlandiya hökumətinin rəsmisi “Reuters”ə bildirib ki, bu dəstək Helsinkinin sentyabrın 4-də elektrik şirkətləri üçün elan etdiyi 10 milyard avroluq likvidlik zəmanətinə əlavə olaraq göstərilib.

İsveçrənin “Axpo” (AXPOH.UL) kommunal şirkəti isə likvidlik ehtiyaclarını təmin etmək üçün hökumətdən 4 milyard İsveçrə frankı (4,1 milyard dollar) məbləğində kredit xətti aldığını bildirib.

İsveçrə hökuməti elektrik şirkətləri üçün 10 milyard franklıq təhlükəsizlik şəbəkəsi hazırlayıb, lakin qanunvericilik hələ parlamentdə olmasına baxmayaraq, vəsaiti “Axpo”ya ayırmaq qərarına gəlib.

Avropa hökumətləri enerji xərclərinin artması fonunda kommunal xidmətlərin çökməsinin qarşısını almaq və ev təsərrüfatlarını qorumaq üçün çox milyard avroluq paketləri həyata keçirir.

Rusiyanın dövlət nəzarətində olan “Qazprom” (GAZP.MM) əsas “Şimal axını 1” qaz kəmərinin bağlanmasını qeyri-müəyyən müddətə uzadacağını bəyan etdikdən sonra Avropada benzin qiymətləri bir il ərzində təxminən 340 faiz artıb.

Sentyabrın 5-də isə daha 35 faiz də yüksəlib.

Avropa Rusiyanı Qərbin Ukraynaya müdaxiləsinə görə Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq enerji təchizatını silahlandırmaqda ittiham edib.

Rusiya bu sanksiyaları qaz təchizatında problemlərə səbəb olmaqda günahlandırır. Bunu boru kəmərlərində nasazlıqlara səbəb olduğunu bildirib.

“Avropada davam edən enerji böhranı Rusiyanın enerjidən silah kimi istifadə etmək qərarı ilə bağlıdır və bu, hazırda “Fortum” və digər “Nordik” enerji istehsalçılarına da ciddi təsir edir”, – “Fortum”un baş icraçı direktoru Markus Rauramo belə deyib.

“Financial Times” həmçinin Britaniyanın ən böyük enerji təchizatçısı olan “Centrica”nın (CNA.L) milyardlarla funt-sterlinq əlavə kredit almaq üçün banklarla danışıqlar apardığını bildirib.

“Centrica” şərh verməkdən imtina edib.

Ukrayna Prezidenti Volodimir Zelenski keçən həftə avropalıları sərt qışa hazırlaşmağa çağırıb.

O bildirib ki, Rusiya bu qış bütün avropalılara həlledici enerji zərbəsi hazırlayır:

“Ukrayna ərazisinin işğala məruz qalmasına baxmayaraq, Rusiya qazının Avropaya nəqli üçün əsas tranzit marşrutudur, ancaq nəql edilən qazın həcmi azalıb”.

Sentyabrın 6-da bir çox mənbədən gələn xəbərlərə görə, Rusiya qazının Ukrayna ərazisindən nəqli həmişəki kimi davam edir.

Rusiyanın qaz ixracatçısı “Qazprom” şirkətinin aparıcı rəsmisi deyib ki, alman tərəfdaşları nasaz avadanlıqları təmir edənə qədər “Şimal axını 1” boru kəməri ilə qaz nəqli bərpa olunmaycaq. Bu məsələ Avropada temperaturun düşdüyü bir vaxtda enerji sarıdan narahatlığı artırır.

“Qazprom”un tərəfdaşı “Siemens Energy” ona təmirlə bağlı tapşırıq verilmədiyini söyləyib.

Şirkət onu da qeyd edib ki, “Qazprom”un iddia etdiyi nasazlıq asanlıqla aradan qaldırıla bilər, normal halda tədarükləri dayandırmamalıdır.

Sentyabrın 6-da Vladivostokda iqtisadi mövzuda keçirilən tədbirdə “Qazprom”un baş icraçı direktorunun müavini Vitali Markelov qaz nəqlinin bərpasıyla bağlı deyib ki, “onlar əvvəlcə avadanlığı təmir etməlidir”.

“Qazprom” “Şimal axını 1” ilə qaz nəqlini avqustun 31-də üç günlük texniki xidmətə dayandırıb.

Turbinlərdən birinin nasosunda sızma olduğunu əsas gətirərək, axını bərpa etməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button