2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Formula 1’ə görə marşrutlar dəyişəcək

“Formula 1” Azərbaycan Qran Prisi ilə bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH), Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, 4-6 iyun 2021-ci il tarixlərində Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat axınının idarə olunması üçün vahid fəaliyyət planı hazırlanıb. Plana əsasən, trekin keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, saat 01:00-dan etibarən 8 iyun, saat 06:00-dək dayandırılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Yaşayış ünvanı yol hərəkətinin müvəqqəti məhdudlaşdırıldığı ərazilərdə yerləşən şəhər sakinlərinə isə keçid vərəqləri təqdim olunmalıdır.

Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində 23 marşrut xətti üzrə – 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 59, 61, 65, 77, 88, 125, 127, 205, M2, M2A, M3 və M7 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcəyi bildirilir.

Amma verilən məlumatlara görə, bu il “Formula-1” üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcəyi üçün dənizkənarı bulvar ərazisi bağlı olmayacaq və şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən istifadə edə biləcəklər.

Xatırlatma

Azərbaycanda “Formula-1” 2016-cı ildən keçirilir. Rəsmilər Azərbaycanda “Formula-1” yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır. Bu da müxalifətin tənqidlərinə səbəb olur. Ötən il koronavirus pandemiyası üzündən bu yarışlar təxirə salınmışdı. Azərbaycan, təşkilatçılarla razılığa əsasən, 2024-cü ilə kimi “Formula-1″ə ev sahibliyi etməlidir.

24 saat” “’Formula 1’ə görə marşrutlar dəyişəcək” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button