2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Formula-1 “start qızları”ndan imtina edib

Formula-1 yarışlarında bu ildən etibarən qızların startda avtotrekə çıxması təcrübəsinə son qoyulacaq.

Oxu.Az xəbər verir ki, dəyişiklik həftəsonları keçirilən digər Qran-Pri avtoyarışlarına da tətbiq olunacaq.

Bu, onunla əlaqələndirilir ki, gözəl qızlar yarışın promouterləri və tərəfdaşlarına öz ölkələrini və məhsullarını nümayiş etdirməyə mane olur.

Saytların yığılması Saytlarin yigilmasi

“Son ildə biz bir neçə yarışa diqqət yetirdik. Hiss etdik ki, bu böyük idmanın görüntüsü ilə əlaqədar olaraq yenilənməyə daha çox ehtiyac var.

Startda qızların peyda olması onillər ərzində Formula-1 Qran-Pri yarışlarının ayrılmaz hissəsi olsa da, bu ənənənin bizim brend dəyərlərinə və bu günün sosial normalarına zidd olduğunu düşünürük. İnanmırıq ki, bu təcrübə Formula-1 və onun dünyanın dörd bucağından olan istər yeni, istərsə də köhnə fanatları üçün uyğun və məqbuldur”, – deyə Formula-1 Kommersiya Əməliyyatları üzrə icraçı direktoru Şon Bretçis bildirib.

Qeyd edək ki, Formula-1 yarışları martın 25-də Melburn Qran-Prisi ilə start götürəcək. Azərbaycan Qran-Prisi isə aprelin 27-29-da Bakıda keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button