2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Fövqəladə Hallar Nazirliyi hava şəraitinin kəskin pisləşməsilə əlaqədar əhaliyə xəbərdarlıq edib

Bakı/15.11.21 Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə  nazirliyin  saytında dərc olunan məlumatda deyilir.

Noyabrın 15-i axşam saatlarından başlayaraq noyabrın 16-ı gün ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişərək qeyri-sabit və yağıntılı keçəcəyi, xüsusilə güclü küləyin əsəcəyilə əlaqədar  Fövqəladə Hallar Nazirliyi əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Xüsusilə, bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.-16d-

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button