2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fövqəladə Hallar Nazirliyində ixtisarlar başlayacaq

Prezident İlham Əliyev noyabrın 7-də «Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» fərman imzalayıb.

Sənədə əsasən, Fövqəladə Hallar nazirliyinin iki qurumunun bazasında Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb.

«Ciddi ixtisarlar olacaq»

Saytların yığılması Saytlarin yigilmasi

Fərmanda Fövqəladə Hallar nazirliyinə «fəaliyyətini optimallaşdırmaq barədə» təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırığının verilməsi ekspertlərin diqqətini çəkib.

Onlar 2006-cı ildə – ölkəyə neft pullarının təzə-təzə axışmağa başladığı dövrdə yaradılan nazirliyin fəaliyyətinin optimallaşdırılması ideyasının dövlət büdcəsi vəsaitlərinə qənaət etmək zərurətindən qaynaqlandığını düşünürlər.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, gələn il FHN-də ciddi ixtisarlar olacaq və optimallaşdırma da bu anlama gəlir.

FHN güc orqanı olduğundan, onun aparat və strukturuna daxil qurumlarda işçi sayı açıqlanmır.

«FHN-ə ehtiyac yoxdur»

Bir başqa iqtisadiyyat mütəxəssisinin – Qubad İbadoğlunun qənaətinə görə, Azərbaycan kimi ərazisi kiçik və sabit iqlim dəyişiklikləri müşahidə olunan ölkələrdə FHN-ə ehtiyac yoxdur və nazirlik, optimallaşdırma addımı olaraq, dövlət xidməti səviyyəsində saxlanılsa, yetərlidir.

İqtisadçı ekspert Nazim Bəydəmirli də idarəetmə və dövlət xərclərinin azaldılması tərəfdarıdır: «Gümanımca, bu istiqamətdə islahatlar davam etdiriləcək. Təkrar strukturların ləğv olunaraq birləşdirilməsini, eyni zamanda dövlət büdcəsinə qənaət baxımından Nazirlər Kabinetinin yarıbayarı azaldılmasını, baş nazir müavini postlarının 6-dan 2-yə endirilməsini təklif edirəm».

Büdcədən ildə 175 milyon manat alır

2016-cı ildə nazirlik və qurumlarının saxlanmasına dövlət büdcəsindən 150 milyon manata yaxın vəsait ayrılıb. FHN, üstəlik, fövqəladə halların aradan qaldırılması üçün 25 milyon manat büdcə vəsaitini də yönəldir. Qurum hər il dövlət investisiya proqramı üzrə təyinatı açıqlanmayan on milyonlarla manat alır. Nazirliyin saytında bu vəsaitlərin istifadəsi haqqında məlumat yoxdur.

Ən iri dövlət qurumlarından biri

Nazirliyin strukturuna mülki müdafiə qoşunları, bir neçə dövlət xidməti və agentliyi (yanğından mühafizə, yanğın nəzarəti, material ehtiyatları, su ehtiyatları, tikintidə təhlükəsizliyə nəzarət, sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi və s.), ümumiyyətlə 20-dən çox qurum daxildir. Nazirlik 750 min ton buğda ehtiyatı olan Dövlət Taxıl Fondunu da idarə edir.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button