2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Fövqəlnazir icra başçısı ilə “qonşu oldu” – ÖZƏL

 

Kəmaləddin Heydərov çimərlik biznesinə girişir…

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çimərlik biznesi ilə bağlı yeni layihəyə start verib. Özəl mənbədən 24saat.org-a daxil olan məlumata görə, fövqəlnazir Sumqayıt çimərliyində, “Səma” İstirahət Mərkəzinin yaxınındakı boş torpaq sahəsində istirahət kompleksi tikmək qərarına gəlib. Bu məqsədlə əraziyə gətirilən ağır texnika sözügedən sahəni lazımsız tullantılardan təmizləyib, digər texnikaların rahat hərəkəti üçün yolu genişləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbə yaxın günlərdə ərazinin hasarlanacağı və yeni üslubda, modern istirahət mərkəzinin tikintisinə başladılacağını bildirib.

Xatırladaq ki, K.Heydərovun Sumqayıt çimərliyinə “gəlişi” nəticəsində Sumqayıt Şəhər İcra Hakimiyyətininn  başçısı Zakir Fərəcovla “qonşu olub”. Belə ki, K.Heydərovun sahib olduğu ərazi ilə Z.Fərəcova məxsus “Kalyon” İstirahət Mərkəzi arasında qısa bir məsafə mövcuddur.

Məlumat üçün qeyd edək ki, bu, K.Heydərovun çimərlik biznesi ilə bağlı həyata keçirdiyi ilk layihə deyil. Fövqəladə hallar naziri təxminən hələ 10 il bundan öncə Lənəranda, Göyşaban kəndinin dənizkənari hissəsində istirahət kompleksi inşa etdirmişdir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button