2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Fövqəlnazir”in holdinqində üsyan: traktorçuların maaşını kəsən Sultanov kimdir? – Özəl

“Gilan holdinq”in Göyçayda yetişdirdiyi nar bağlarında çalışan bir qrup traktorçu etiraz aksiyasına hazırlaşır. Bu barədə 24saat.org-a narazı işçilər xəbər verib.

Onların sözlərinə görə, holdinqin törəmə “MNK” MMC rəhbərliyindən, konkret Emil Sultanovdan şikayətçidirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Onların narazılığına Emil Sultanovun MMC-yə gələr-gəlməz yerli kadrları “öz ərizəsi” ilə işdən azad etməsi və öz qohumları ilə əvəzləməsi, traktorçulara verilən aylıq 350 manat maaşın əsassız olaraq 150 manata endirməsi səbəb olub.

Traktorçuların əldə etdiyi məlumata görə, Emil Sultanov hətta həyat yoldaşının adını MMC-yə işçi kimi yazıb və onun adına 335 manat, xalası oğlunun adına isə 550 manat maaş təyin edib.

Traktorçuların sözlərinə görə bu cür “kadr” dəyişikliyinin arxasında ciddi korrupsiya, maliyyə fırıldaqları durur. Çünki başqa rayonlardan cəlb olunan “kadrlar” tutduqları vəzifəyə nəinki aid deyillər, heç ali təhsilləri belə yoxdur.

24saat.org xəbər verir ki, “Gilan holdinq” adı ölkəmizdə çox populyardır. Bu holdinqin qeyri-rəsmi sahibi fövqəladə hallar naziri, hakimiyyətin əsas xəzinədarı və menecmenti sayılan Kəmaləddin Heydərovdur.

Azərbaycanda maliyyə-sənaye qrupları və holdinqlər qanunvericiliyin tələbinə zidd olaraq illik maliyyə hesabatlarını açıqlamır. “Gilan Holding” də bu sıradadır.

Lakin bəzi müstəqil dəyərləndirmələrə əsasən, bu holdinq investisiya portfelinə və aktivlərinin həcminə görə ölkədəki özəl şirkətlər arasında “Paşa Holding”dən sonra ikinci yerdə qərarlaşıb.

Holdinqin üzvü olan “AFB Bank” ASC-nin hesabatına görə, bankın səhmlərinin 99 faizindən çoxu “Gilan” MMC-yə məxsusdur.

Bu şirkət BƏƏ-nin Cebel Ali Azad Zonasında yaradılmış “Sahra FZCO” və “Shams al Sahra FZCO” şirkətləri tərəfindən Azərbaycanda təsis olunub. Onların özləri isə Azərbaycanın fövqəladə hallar nazirinin iki oğluna – Taleh və Nicat Heydərovlara 50/50 prinsipi ilə məxsusdur.

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button