24 saat en son xeberler - Xeberler platformasi

ÖLKƏGündəm

Fransa Əfqanıstandan 300-dən çox adamı təxliyyə edib

Fransa Əfqanıstandan 330 nəfəri təxliyə edib. Fransa Xarici İşlər Nazirliyindən verilən məlumata görə, təyyarədə 258 əfqan, 11 fransız, 60-a yaxın Hollandiya vətəndaşı və onlarla əlaqəsi olan qeyri-müəyyən sayda insan olub.

Nazirlik əlavə edib ki, sentyabrın 10-dan bəri Fransa Qətərin köməyi ilə təxminən 400 əfqan və 110 Fransa vətəndaşını Kabildən təxliyə edib.

Bildirilib ki, Fransa və Qətər dekabrın 2-də Əfqanıstanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara tibbi avadanlıq, ərzaq və qış ləvazimatları çatdırmaq üçün humanitar missiya həyata keçirib.

Avqustun ortalarında Talibanın ölkəyə nəzarəti ələ keçirməsindən sonra Əfqanıstanda beynəlxalq yardım kəskin şəkildə azalıb və bu, onsuz da ağır humanitar böhranı daha da gücləndirib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button