2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fransa Azərbaycanda müstəqil medianın bloklanmasından narahatdır

Saytların yığılması Saytlarin yigilmasi
Fransa XİN
Fransa XİN.

”Hökuməti fikir və mətbuat azadlıqlarına tam riayət etməyə çağırırıq”

“Fransa Azərbaycan hökümətinin müstəqil media saytlarının yayımının dayandırılması barədə qərarından narahatdır”, – bu barədə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin bəyanatında deyilir.

“Fransa Azərbaycan hökümətini sərbəst tərəfdar çıxdığı beynəlxalq öhdəliklərə və vətəndaş cəmiyyətinin inkişafı və demokratik istitutların möhkəmlənməsi üçün fundamental əsasları təşkil edən fikir və mətbuat azadlıqlarına tam riayət etməyə çağırır”, – deyə sənəddə deyilir.

Nazirlik bildirir ki, Fransa Azərbaycanda mediaların vəziyyətini daha yaxından izləməkdə davam edəcək.

Mayın 12-də Bakının Səbael rayon Məhkəməsi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin tələbi əsasında azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq Radiosu”), “azerbaycansaati.com” domenlərinə, habelə “Azərbaycan saatı” televerilişinin yerləşdirildiyi İnternet-resurslara və Turan (Turan TV), Meydan TV-telekanalına girişə blok qoyulması barədə qərar qəbul edib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button