2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fransa bağlanan saytlara görə bəyanat verdi

Fransa Azərbaycan hakimiyyətinin bir neçə xəbər saytını bağlamaq qərarından narahat olub.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi mayın 15-də açıqlama yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Fransa Azərbaycan hakimiyyətini azad şəkildə qəbul etdiyi beynəlxalq öhdəliklərinə əməl etməyə, informasiya və mətbuat azadlığına tam sayqı göstərməyə çağırır. «Bu azadlıqlar vətəndaş cəmiyyətinin inkişafı və demokratik təsisatların möhkəmləndirilməsinin təməlidir. Fransa Azərbaycanda medianın durumunu yaxından izləyəcək», – bəyanatda deyilir.

Mayın 12-də Səbail rayon Məhkəməsi ölkənin təhlükəsizliyinə hədə yaratdıqları iddiası ilə AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, Meydan TV-nin, «Azərbaycan saatı» internet saytının və Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu saytlara girişi məhkəmə qərarından hələ çox əvvəl, martın 27-dən bağlamışdı.

AzadlıqRadiosunun rəhbərliyi bu qərarı pisləyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button