2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Fransa, Böyük Britaniya və Almaniya səfirləri Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik ediblər

Bakı/18.10.21 Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 30 il ərzində öz suverenliyini qoruyub saxlayıb, təhlükəsizliyini təmin edib, infrastrukturu inkişaf etdirib.

İkinci Qarabağ Müharibəsinin nəticələri atəşkəs haqda razılaşmaya nail olmağa imkan verib ki, bu da gələcək quruculuğa şərait yaratmalıdır. Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros oktyabrın 18-də Tvitterdəki akkauntunda yazıb.

O, Azərbaycana Avropa ilə tərəfdaşlığı möhkəmləndirməyi və Ermənistanla davamlı sülh bağlamağı arzulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində Böyük Britaniya səfiri Ceyms Şarp Tvitter hesabında audio müraciət yerləşdirib və Azərbaycan dilində ölkəni müstəqilliyin bərpasının 30 illiyi münasibətilə təbrik edib: “Azərbaycan öz tarixində yeni səhifə açır, ölkələrimiz arasında yaxşı münasibətlər var və biz onun davamlı inkişaf yolunda Azərbaycanla bir yerdəyik”.

Almaniya səfiri Volfqanq Maniq Tvitterdə qısa təbrik dərc edib: “Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edirəm”. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button