2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fransa Ermənistana CAESAR özüyeriyən haubitsaları göndərəcək

İyunun 18-də Parisdə Yerevanın CAESAR özüyeriyən artilleriya qurğularını alması üçün müqavilə imzalanıb. Bu barədə Fransa silahlı qüvvələri naziri Sebastyan Lekornü Tvitter hesabında bildirib.

“Biz Ermənistanla müdafiə sahəsində münasibətlərimizi möhkəmləndirməyə davam edirik. Erməni həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim Eurosatory çərçivəsində baş tutdu. Yeni mühüm mərhələ CAESAR toplarının alınması üçün müqavilənin imzalanmasıdır”, – Lekornü yazıb.

Yerevana göndəriləcək bu artilleriya növünün sayı barədə məlumat verilmir. Qeyd edək ki, bu cür özüyeriyən haubitsalar Rusiyanın Ukraynaya qarşı təcavüzünün dəf edilməsi zamanı özünü doğruldub.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan KİV-nin məlumatına görə, müdafiə naziri Suren Papikyan Lekornü ilə görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsinə dair razılaşmalardan danışıb.

Sonradan məlum olub ki, Ermənistan Müdafiə Nazirliyi və Fransanın KNDS hərbi- sənaye şirkəti hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button