2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fransa İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır

Fransa İlqar Məmmədovun həbsdən azad edilməsini alqışlayır.

“Bu, beynəlxalq ictimaiyyətin gözlədiyi, Azərbaycan hakimiyyəti ilə əlaqələrimizdə bizim də daim dəstəklədiyimiz qərardır”, -Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Fransa Avropa Şurasının üzvü kimi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam yerinə yetirilməsinə sadiqdir.

Saytların yığılması Saytlarin yigilmasi

İ.Məmmədov 5 il həbs cəzasından sonra azad edilib. O 2013-cü ilin yanvarında İsmayıllıda etiraz aksiyalarının təşkili ittihamı ilə mühakimə olunmuşdu.

Strasburq məhkəməsi İ.Məmmədovun həbsinin və azadlıqdan məhrum edilməsinin qanunsuz olması barədə iki qərar qəbul edib. Lakin Apellyasiya Məhkəməsi qalan 1,5 il həbs cəzasını 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəzləyib.

turan.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button