2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fransa nümayəndə heyətinin Xankəndinə səfərinin qanunsuz olması Frederik Mondoloninin diqqətinə çatdırılıb

Bakı/16.09.21 Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin Direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Görüş zamanı tərəflər regionda təhlükəsizlik sahəsində mövcud vəziyyəti, o cümlədən üçtərəfli bəyanatlarım (Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020 – ci il və 11 yanvar 2021-ci il tarixli – qeyd Turan) reallaşdırılmasını, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzuları müzakirə ediblər.

Həmçinin tərəflər Azərbaycan-Fransa ikitərəfli əməkdaşlığının gündəliyinə dair fikir mübadiləsi aparıb, əlaqələrin inkişafı üçün mövcud potensialın olduğunu və bu məsələdə qarşılıqlı marağın olduğunu qeyd ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir Bayramov Fransa Milli Məclisinin bəzi üzvlərinin Xankəndinə qanunsuz səfərinə diqqət yetirib, bu cür addımların müharibədən sonra regionda sülh quruculuğu üzrə səylərə xələl gətirdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.—06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button