Loading...
Loading...
Xəbərlər

Fransa prezidentliyinə namizəd arzuolunmaz şəxslər siyahısına daxil edilib

Bakı/23.12.21 Dekabrın 23-də Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Dekabrın 22-də Fransanın İl-de-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin Xankəndi şəhərinə qanunsuz səfərilə əlaqədar ona etiraz notası təqdim edilib.

“Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiətilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır”, – Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan Fransa vətəndaşlarının hərəkətlərinə qəti etirazını bildirib.

Bu, Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərə, həmçinin Fransanın regiondakı nüfuzuna, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi roluna xələl gətirir.

Azərbaycan ərazisinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları Azərbaycana girişi qadağan olunan arzuolunmaz şəxslər siyahısına daxil edilib.—06D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button