2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fransa prezidentliyinə namizədin seçki qərərgahı yandırılıb

Fransa prezidentliyinə namizəd Marine Le Penin seçki qərərgahı yandırılıb.

Bu barədə aprelin 13-də France 24 televiziya kanalı və digər informasiya vasitələri məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Marine Le Pen qatı millətçi “Milli cəbhə” partiyasının namizədidir.

Mənbənin məlumatına görə, qərərgahın birinci mərtəbəsinin pəncərəsi sındırılıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.

Buna görə cavabdehliyi “Ksenofobiya ilə mübarizə” adlı qrup üzərinə götürüb.

Qrupun nümayəndələri binaya “Molotov kokteyli” atdıqlarını deyirlər.

Fransada prezident seçkisi iki mərhələdə- aprelin 23 və mayın 7-də keçiriləcək.

Aprelin 13-də keçirilən son rəy sorğusuna görə seçkinin birinci mərhələsində Le Pen liderlik edir, rəyi soruşulanların 24 faizi ona səs verəcəklərini deyirlər.

Onun əsas rəqibi -müstəqil namizəd Emmanuel Macron isə ondan cəmi 1 faiz geridə qala bilər.

Amma seçkinin ikinci mərhələsində Macronun Marine Le Pen üzərində 63 faiz səslə qəti qələbə çalaçağı gözlənilir.

Le Penin ikinci mərhələdə 37 faiz səs toplayacağı proqnozlaşdırılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button